
Bütöv Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın ən çox sevilən əsərlərindən biri "Heydərbabaya salam" əsəridir.
Azərbaycanın bütövlüyü üçün yanıb-qovrulan əsl Azərbaycan şairi, dəfələrlə bu şeiri özü səsləndirmişdir. Bu onun Vətən həsrətinin acısı idi. Dəfələrlə rəsmi Bakıya müraciət etsə də, onun müraciətinə baxılmamış, Vətən həsrəti ilə vəfat etmişdir. Elə vəfatından biraz əvvəl də o ən sevilən şeirini səsləndirib.