SON DƏQİQƏ
» » Sizə salam gətirmişəm şeirinin müəllifi vəfat etdi

Sizə salam gətirmişəm şeirinin müəllifi vəfat etdi

Tarix:

3-08-2021, 10:15

/ 5 123 dəfə oxundu.
Sizə salam gətirmişəm şeirinin müəllifi vəfat etdi

Məşhur "Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi.

Güney Azərbaycanlı şair, məşhur "sizə salam gətirmişəm” şeirinin müəllifi, türk dili və ədəbiyyatı üzrə mütəxəssis Mahmud Dəstpiş (Valeh) avqustun 1-də 87 yaşında vəfat edib.

O, 1934-cü ildə Bakıda anadan olub.

Əslən Ərdəbildən olan "Valeh”in ailəsi ötən əsrin əvvəllərində Bakıya köçüb. Sonra yenidən Ərdəbilə qayıdıb.

"Salam gətirmişəm" türk şeirlər divanı, "Türkcə sözlük”, "Füzulidən Şəhriyara qədər”, "El sovqatı”, "Dağa dönmüşəm” və "Məşədi İbad nümayişinin tərcüməsi” Mahmud Dəstpişdən (Valeh) yadigar qalan əsərlərdir.

O, Azərbaycanda daha çox "Sizə salam gətirmişəm şeiri” ilə tanınıb. Şeirin sözlərinə ustad Əli Səlimi müsiqi bəstələyib və bir çox ölkələrdə, türk dünyasında ən çox sevilən mahnılardan birinə çevrilib.

Valeh Milli Hökumətin Daxili İşlər naziri olmuş doktor Salamulla Cavidin təsis etdiyi "Dostlar görüşü” ədəbi dərnəyinin üzvlərindən biri olub.

Sənan Qacar
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ