SON DƏQİQƏ
» » Keçən il bu gün baş verənlər- Vətən müharibəsinin XRONİKASI

Keçən il bu gün baş verənlər- Vətən müharibəsinin XRONİKASI

Tarix:

15-10-2021, 08:00

/ 2 251 dəfə oxundu.
Keçən il bu gün baş verənlər- Vətən müharibəsinin XRONİKASI

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

GunAz.az Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Türkiyənin NTV televiziyasına müsahibə verib.

- Prezident İlham Əliyev Füzuli, Cəbrayıl və Xocavəndin bir neçə kəndi işğaldan azad edilməsi ilə bağlı Tvitterdə paylaşım edib:

"Rəşadətli Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

- Prezident İlham Əliyev Rusiyanın Ria Novosti agentliyi üçün "Rossiya Seqodnya Beynəlxalq İnformasiya Agentliyi” media qrupunun baş direktoru Dmitri Kiselyova müsahibə verib.

- Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Ermənistanın Tərtərdə dəfn zamanı insanları atəşə tutması ilə bağlı paylaşım edib.

- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edilib.

- Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini atəşə tutub. Ermənistanın Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində həlak olanların sayı 4-ə çatıb.

- Ağdamın atəşə tutulması nəticəsində 2 nəfər xəsarət alıb.

- Ermənistanın hərbi hissə komandiri, polkovnik məhv edilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ