SON DƏQİQƏ
» » Qənirə Paşayeva şəhid övladları ilə bağlı təklif verdi

Qənirə Paşayeva şəhid övladları ilə bağlı təklif verdi

Tarix:

30-09-2021, 16:38

/ 4 348 dəfə oxundu.
Qənirə Paşayeva şəhid övladları ilə bağlı təklif verdi

Hansı şəhər icra hakimiyyətində neçə şəhid ailəsi işlə təmin olunub? Birinci bundan başlamaq lazımdır. Bölgələrdə ekologiya, kənd təsərrüfatı və digər sahələrlə bağlı vakansiyalar daha çox olur. Hansı qurumların orada vakansiyaları çox olursa, ilk növbədə şəhid ailələrinin ali təhilli övladlarını işə götürüməyə üstünlük verməlidir.

Bunu parlamentdə çıxışı zamanı deputat Qənirə Paşayevə səsləndirib.

O hesab edib ki, dövlət qurumlarının belə addımlar atması özəl sahələr üçün də nümunə olar.

"Hörmətli xanım sədr, şəhid ailələri və qazilərin işə götürülməsini gündəmə gətirdiyiniz üçün təşəkkür edirəm. Ali təhsilli şəhid övladları işlə təmin olunmalıdır. Ekologiya Nazirliyi bir şəhid ailəsinə iş verdi. Eləcə də Əmək və Əhalisinin Sosia Müdafiə Nazirliyi bir şəhid övladını işə düzəltdi. Hesab edirəm ki, ilk prirotet kimi şəhid övladlarının işə götürülməsi vacibdir. İkinci yerdə qazilər gəlməlidir”, - mədəniyyət komitəsinin sədri bildirib.

Qənirə Paşayevə həmçinin deyib ki, şəhid ailələrinin övladlarının çoxu həm də məktəbli yaşındadır: "Şəhid xanımları üçün övladlarının keyfiyyətli təhsil alması vacibdir. Mən hesab edirəm ki, özəl məktəblərdə də şəhid övladları ilə bağlı güzəştlər paketi olmalıdır”.

скачать dle 12.1

Şərhlər