SON DƏQİQƏ
» » Əli Əsədov şəhid ailələri ilə bağlı qərar imzaladı

Əli Əsədov şəhid ailələri ilə bağlı qərar imzaladı

Tarix:

2-07-2021, 17:50

/ 4 124 dəfə oxundu.
Əli Əsədov şəhid ailələri ilə bağlı qərar imzaladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydasının layihəsini bir ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcək.

Baş nazir Əli Əsədov bununla bağlı müvafiq sərəncam imzalayıb.

 

Baş nazirin digər sərəncamına əsasən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, müharibə veteranlarının reyestrinin aparılması qaydasına dair təkliflərini bir ay müddətində Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ