SON DƏQİQƏ
» » Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI

Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI

Tarix:

8-09-2021, 23:47

/ 1 464 dəfə oxundu.
Şimal sərhədimizdə qalan yüzlərlə vətəndaş Azərbaycana QAYITDI

Rusiyaya gedən və pandemiya səbəbindən ölkəyə qayıda bilməyən soydaşlarımızın daha bir dəstəsi Azərbaycana buraxılıb.

GunAz.az xəbər verir ki, Azərbaycan-Rusiya sərhədində yerləşən Qusarın Samur keçid məntəqəsində Azərbaycan vətəndaşları ən əvvəl sərhədçilərimiz tərəfindən yoxlanılaraq əraziyə daxil olub.

 

TƏBİB-in Qusar rayon mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası ölkəyə gələn Azərbaycan vətəndaşlarından Covid-19 -qarşı test nümunəsi götürüblər.

Qeyd edək ki, test edilən şəxslər bir günlük karantinə alınıblar. Test nümunəsinin cavabı pozitiv çıxanlar Quba regional Covid-19 xəstəxanasına yerləşdiriləcək, nəticəsi neqativ çıxanlar isə gedəcəkləri ünvana yola salınacaqlar.

Məlumata görə, sentyabrın 7-də 113, bu gün isə 120 nəfər Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gəlib.

скачать dle 12.1

Şərhlər