SON DƏQİQƏ

Ramin Bayramlı MM-ə çağırılacaq

Tarix:

8-09-2021, 12:28

/ 4 213 dəfə oxundu.
Ramin Bayramlı MM-ə çağırılacaq

Milli Məclisin payız sessiyasında koronavirus pandemiyası ilə bağlı dinləmə keçiriləcək.

Bunu parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O bildirib ki, TƏBİB rəhbərliyi dinləməyə dəvət ediləcək:

"TƏBİB rəhbərliyi ölkədəki vəziyyətlə bağlı məlumat verəcək”.

Ə.Əmiraslanov həmçinin qeyd edib ki, qanunverici orqanın payz sessiyasında onkoloji xəstələrə göstərilən tibbi yardımın vəziyyəti, bu işin daha da yaxşılaşdırılması perspektivləri və ürək-qan dövranı çatışmazlığı xəstəliklərindən əziyyət çəkənlərə tibbi yardımın göstərilməsinə dair dinləmə də keçiriləcək.

скачать dle 12.1

Şərhlər