
Pandemiya səbəbindən ilyarımlıq fasilədən sonra ənənəvi tədrisin bərpası nəzərdə tutulur. Təhsil Nazirliyi bu günlərdə ənənəvi tədrislə bağlı şərtlər və qaydaları açıqlayacaq. Lakin virusun payızda özünü necə aparacağı heç kimə bəlli deyil, yoluxma və ölüm göstəriciləri ənənəvi təhsillə bağlı qərarı dəyişdirə bilər. Bununla belə, əyani tədrisin bərpa ediləcəyi xəbərləri kirayə mənzil bazarında canlandırma yarada bilib.
Elan saytlarında xüsusilə metro stansiyalarının yaxınlığında 250-350 manat arası olan mənzil tapmaq yayın əvvəlləri ilə müqayisədə çətinləşib.
İndi çoxları 200-300 manatlıq ev axtarır…
Bakıda mənzil alqı-satqısı ilə məşğul olanlar virtualaz.org-a bildiriblər ki, bu həftənin əvvəlindən kirayə mənzillərə təlabat artıb, qiymətlər az da olsa yüksəlib. Hazırda daha çox kirayə haqqı 200-300 manat arası olan evlər axtarırlar. Köhnə yaşayış məhəllələrinin, həyət evlərin sökülməsindən sonra universitetlərə yaxın ərazilərdə ucuz ev tapmaq çətinləşib.
Ev dəllallarından biri Şakir İsmayılov bildirib ki, 250-300 manata olan evlərin əksəriyyəti Binəqədi, Xırdalan, yaxud şəhərətrafı qəsəbələrdə yerləşir. Tələbə isə vaxtının çoxunu yollarda keçirmək istəmir və şəhərətrafı evlərdə qalmağa həvəsli deyillər.konkret.az



























