SON DƏQİQƏ
» » İctimai nəqliyyatda korona pasportu tələb olunur?

İctimai nəqliyyatda korona pasportu tələb olunur?

Tarix:

1-09-2021, 16:01

/ 4 303 dəfə oxundu.
İctimai nəqliyyatda korona pasportu tələb olunur?

Sosial şəbəkələrdə Şəki şəhərində "COVID-19 pasportsuz avtobusa minmək qadağandır” xəbərdalıqları vurulan ictimai nəqliyyat vasitələrinin görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev ictimai nəqliyyatda COVİD-19 pasportu ilə bağlı hansısa qadağa və məhdudiyyətin olmadığını bildirib.

"Sərnişinlərdən yalnız tibbi maska tələbi var. Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlərlə tibbi maskadan istifadə etməyən, müəyyən olunan norma və qaydalara əməl etməyən şəxslərin profilaktikası diqqət mərkəzində saxlanılır. Şəki şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatda COVID-19 pasportu olmayan şəxslərlə bağlı heç bir tədbir keçirilməyib", - E.Hacıyev qeyd edib.

скачать dle 12.1

Şərhlər