SON DƏQİQƏ

Vaksin olunanların neçə faizi koronaya yoluxub?

Tarix:

21-08-2021, 18:38

/ 4 339 dəfə oxundu.
Vaksin olunanların neçə faizi koronaya yoluxub?

Azərbaycanda vaksin olunanlar arasında 0,6 faiz yoluxma halı müşahidə olunub.

Bu barədə məlumatı TƏBİB-in idarə Heyətinin sədri Ramin Bayramlı özünün tvitter hesabında paylaşıb.

 

"Sağlamlığımızı qorumaqda, peyvənd olunmaqda qərarlı olduğumuz müddətcə ürəkaçıcı nəticələrə birlikdə şahid olacağıq”, – deyə R.Bayramlı paylaşımında qeyd edib.

 

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının ümumi sayı 6 milyon 110 min 185, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 milyon 667 min 494, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 442 min 691 təşkil edir.

скачать dle 12.1

Şərhlər