SON DƏQİQƏ

Peyvənd olunanların sayı AÇIQLANDI

Tarix:

2-06-2021, 17:03

/ 3 483 dəfə oxundu.
Peyvənd olunanların sayı AÇIQLANDI

İyunun 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 54 379 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GunAz.az-a bildiriblər ki, onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 876, ikinci mərhələ üzrə peyvənd edilənlərin sayı isə 6 503 nəfər olub.

 

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 2 milyon 367 min 094-ə bərabərdir. Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 552 min 774, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 914 min 320nəfərdir.

скачать dle 12.1

Şərhlər