SON DƏQİQƏ

FHN-in 4-cü qrupu Türkiyəyə yola düşdü

Tarix:

6-08-2021, 19:59

/ 4 203 dəfə oxundu.
FHN-in 4-cü qrupu Türkiyəyə yola düşdü

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə yola düşüb.

 

200 nəfərdən ibarət yanğın-xilasetmə qrupu Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

 

Uçuşdan əvvəl qrupun üzvlərinə müvafiq təlimatlar verilib.

 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Alay komandiri polkovnik-leytenant Məmməd Xəlili jurnalistlərə bildirib ki, dördüncü qrupun şəxsi heyəti 200 nəfərdən ibarətdir. Şəxsi heyət fərdi yanğınsöndürmə vasitələri ilə təmin olunub.

 

Qrupun üzvləri sabah təyin olunan yerlərdə yanğınsöndürmə əməliyyatlarına başlayacaqlar

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ