SON DƏQİQƏ
» » FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınır

FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınır

Tarix:

30-07-2021, 18:49

/ 4 258 dəfə oxundu.
FHN-in dəstək qüvvələri Türkiyəyə yola salınır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğınsöndürmə qüvvələri Türkiyə Respublikasına yola salınır.

Türkiyəyə Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar göndərilir.

Qeyd edək ki, iyulun 28-i və 29-da Türkiyənin 21 vilayətində baş verən 63 meşə yanğını nəticəsində azı 4 nəfər həlak olub. Bəzi ərazilərdə yanğınlar hələ də davam edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ