SON DƏQİQƏ
» » Azərbaycanlı qəhrəmanlar türkiyə gündəmində

Azərbaycanlı qəhrəmanlar türkiyə gündəmində

Tarix:

3-08-2021, 09:33

/ 4 262 dəfə oxundu.
Azərbaycanlı qəhrəmanlar türkiyə gündəmində

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 100 nəfərdən ibarət yanğınsöndürmə qrupu Muğla vilayətindəki yanğınların söndürülməsində meşə qəhrəmanlarına dəstək verir.

Bu barədə "TRT Haber" məlumat yayıb.

Sayt qeyd edir ki, alovlarla mübarizəni uğurla davam etdirən Azərbaycanın xilasetmə qruplarının Türk bayrağına olan hörmət və həssaslığı xüsusi diqqət çəkib.

Belə ki, yanğınsöndürənlər yanan evlərdən Türkiyə bayraqlarını bir-bir toplayaraq yanğından xilas ediblər.

Vurğulanır ki, azərbaycanlı yanğınsöndürənlərin alovlarla mübarizəsi həm həmkarları, həm də Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirilir.

скачать dle 12.1

Şərhlər