SON DƏQİQƏ

Türkiyədə müalicə alan qazimiz vəfat etdi

Tarix:

29-07-2021, 14:01

/ 4 180 dəfə oxundu.
Türkiyədə müalicə alan qazimiz vəfat etdi

Türkiyədə müalicə alan qazimiz vəfat edib.

Vətən müharibəsi qazisi, baş leytenant Habil Həzər oğlu Cahangirli bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib.

Məlumata görə, onun nəşinin Azərbaycana gətirilməsində problem yaranıb.

Qeyd edək ki, o Bakıda "German” hospitalda əməliyyat olunmuşdu. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşərək, Ankaraya aparılmışdı.

Baş leytenant Prezident İlham Əliyev sərəncamı ilə "Füzulinin azad edilməsinə görə" və "Xocavəndin azad edilməsinə görə" medalları ilə təltif olunub.

Allah rəhmət eləsin!

скачать dle 12.1

Şərhlər