SON DƏQİQƏ

Vətən müharibəsi qazisi şəhid oldu

Tarix:

16-06-2021, 14:22

/ 4 218 dəfə oxundu.
Vətən müharibəsi qazisi şəhid oldu

12 gün öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub.

Qazi Zeynal Şahhüseynov Bakıda Respublika Neyrocərrahiyyə Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin məsləhəti ilə xüsusi şəraitdə Bakıya gətirilib. O, müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Könüllü əsgər Z.Şahhüseynov Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına döyüşüb və ağır yaralanıb.

Əsgər Z.Şahhüseynov döyüş zonasından çıxarılaraq Bakı Şəhər Hərbi Hospitala aparılıb. Hərbi hospitaldan təxris olunduqdan sonra ev şəraitində davamlı müalicə alan qazinin vəziyyəti orada ağırlaşıb. Daha əvvəl Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında reanimasiya şöbəsində yerləşdirilən Zeynal bu ayın əvvəlində Bakıya gətirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ