SON DƏQİQƏ

Təzəpir məscidində bayram namazı qılındı

Tarix:

21-07-2021, 09:45

/ 3 685 dəfə oxundu.
Təzəpir məscidində bayram namazı qılındı

Bakıda Qurban bayramı namazı qılınıb.

Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

Namazda İranın ali lideri ayətullah Seyid Əli Xaməneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejat və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ