SON DƏQİQƏ

Azərbaycanda ciddi qapanmalar ola bilər?

Tarix:

1-07-2021, 16:07

/ 4 210 dəfə oxundu.
Azərbaycanda ciddi qapanmalar ola bilər?

COVID-19 RNT daşıyıcı virus olduğu üçün çoxsaylı mutasiyalara malikdir. Məsələn, Britaniya, Cənubi Afrika, Braziliya və ya "delta” ştammları. Hazırda bu mutasiya prosesi davam edir. Hindistanda ortaya çıxan "delta” ştammı yazda meydana gəlmişdi. Sonradan yaranan "delta plus” ştammı daha təhlükəlidir.

Bu sözləri açıqlamasında professor Adil Qeybulla deyib.

Həkim bildirib ki, alimlərin araşdırmalarına görə, bu ştamm dünyaya yayıldığı halda bizi yeni pandemiya gözləyə bilər:

"Dördüncü dalğanın başlanmasına dair proqnozlar da var. Bu ştammın əsas özəlliyi ondan ibarətdir ki, tikanlı zülalda xeyli dəyişikliklər baş verib. Bu da virusun çox asanlıqla hüceyrə daxilinə keçməsinə şərait yaradır. Xəstəlikdən sonra insanda yaranan adaptiv immunitet bu virusdan tam qorunmağa imkan vermir. Alimlər hesab edir ki, immuniteti güclü olan və vaksinasiya olunan şəxslər virusu nisbətən yüngül keçirmək şansına malikdir. Amma bu, bizi qətiyyən arxayın sala bilməz. Odur ki, yeni sürprizlərə hazır olmalıyıq.

Yeni virus dünyaya yayılmaqdadır. Əgər fəsadları ağır olarsa, yenidən qapanmalara getmək məcburiyyətində qalacağıq. Bu, yeni bir ciddi dalğaya gətirib çıxara bilər. Hazırda Cənubi Amerikada "lambda” ştammı da yayılıb. Bu ştamm "delta plus” kimi çox yoluxucu deyil. "Delta”nın yoluxuculuq qabiliyyəti olduqca sürətlidir, öldürücülük qabiliyyəti də yüksəkdir. Uşaqlarda da xeyli ciddi əlamətlər yaradır. COVID-19 yeni yarananda uşaqlar bu xəstəliyi adətən simptomsuz keçirirdi, amma hazırda çox ciddi əlamətlər nəzərə çarpır. Mədə-bağırsaq pozuntuları da daxil olmaqla, çox ciddi əlamətlər müşahidə olunur.

Qapalı mühitlərdə karantin davranışlarını gözləməliyik. Hələlik pandemiyanın bitməsi barədə deyil, yeni yoluxmalardan xilas olmaq haqqında düşünməliyik. Bu baxımdan karantin davranışları hər yerdə aktual olaraq qalır. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın bitdiyini elan etməyənə qədər bunu nəzarətdə saxlamağa davam etməliyik”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ