SON DƏQİQƏ
» » İşğaldan azad edilən ərazilərdə niyə məhz 3 hava limanı tikilir? – ƏN VACİB MƏQAMLAR

İşğaldan azad edilən ərazilərdə niyə məhz 3 hava limanı tikilir? – ƏN VACİB MƏQAMLAR

Tarix:

6-05-2021, 13:08

/ 3 737 dəfə oxundu.
İşğaldan azad edilən ərazilərdə niyə məhz 3 hava limanı tikilir? – ƏN VACİB MƏQAMLAR

İşğaldan azad olunan ərazilərdə 3 beynəlxalq hava limanı fəaliyyət göstərəcək. Füzuli Hava Limanı bu ilin payızında istifadəyə veriləcək. Prezident İlham Əliyevin iştirakı ilə ötən həftə Zəngilan hava limanının təməlqoyma mərasimi keçirildi. Laçında hava limanın inşaatı üçün yer seçimi yekunlaşmaq üzrədir.

Bəs niyə həmin bölgəmizdə 3 hava limanına ehtiyac var?

 

Bu barədə GünAz.az-a açıqlamasında millət vəkili, iqtisadçı alim Vüqar Bayramov fikir bildirib. Onun sözlərinə görə, iqtisadi qiymətləndirmələr göstərir ki, işğaldan azad oluna ərazilərdə 3 hava limanının fəaliyyət göstərməsi iqtisadi baxımdan səmərəli olacaq: "Füzuli Hava Limanı keçmiş Dağlıq Qarabağa getmək istəyən daxili və xarici turistlər üçün cəlbedici olacaq. Sözügedən hava limanı Zəfər Yoluna inteqrasiya olunduğundan tursit səfərlərini asanlaşdıracaq. Zəngilan Hava Limanı Zəngəzur dəhlizinə inteqrasiya olunacaq. Zəngəzur dəhlizinin də Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağını nəzərə alsaq, həm sərnişin, həm də beynəlxalq yük daşımalar baxımdan Zəngilanda hava limanına ehtiyac var idi. Zəngilan ilə Füzuli Hava Limanının iqtisadi göstəriciləri demək olar ki, eynidir. Hava limanları uzunluğu 3 km, eni 60 metr olan uçuş enmə zolağı, 60 min kv metrlik 8 hava gəmisinin dayanması üçün sahə, sərnişlərə xidmət göstərəcək terminal, hava gəmilərinin idarəedilməsi üçün qüllə, transformator yarım stansiyası, qazanxana, su anbarı və başqa köməkçi tikililərdən ibarət olacaq. Hava limanları ayrı-ayrılıqda 1 saatda 200 sərnişinə xidmət edə biləcək”.

Vüqar Bayramov bildirib ki, hava limanları Laçın Kəlbəcər və Şuşa şəhərlərinə çıxış imkanları baxımından vacibdir: "Laçının strateji əhəmiyyətini nəzərə aldıqda həmin rayonumuzda beynəlxalq standartlara uyğun infrastrukturun formalaşdırılması çox vacib idi. İnşa edilən hava limanlarımız bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Bu isə onların strateji əhəmiyyətini göstərən faktorlardandır”.скачать dle 12.1

Şərhlər