SON DƏQİQƏ
» » Füzuli aeroportu nə vaxt açılacaq və hansı üstünlüklər vəd edir? - AÇIQLAMA

Füzuli aeroportu nə vaxt açılacaq və hansı üstünlüklər vəd edir? - AÇIQLAMA

Tarix:

15-03-2021, 15:06

/ 3 682 dəfə oxundu.
Füzuli aeroportu nə vaxt açılacaq və hansı üstünlüklər vəd edir? - AÇIQLAMA

"Füzuli rayonuna sonuncu səfərimdə Füzuli hava limanının inşası ilə bağlı işlərin sürətli aparıldığını müşahidə etdim. Artıq ilin sonunda hava limanının istifadəyə veriləcəyi gözlənilir. Bu işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən hesab olunur”.

Bu barədə GünAz.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov fikir səsləndirib. Millət vəkili bildirib ki, sözgedən hava limanı işğaldan azad edilən ərazilərimizə xarici turistlərin gəlməsi baxımından olduqca faydalıdır və yeni imkanlar yaradacaq: "Nəzərə alsaq ki, Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədər çoxdur, o zaman Füzulidə hava limanının tikilməsi imkan verəcək ki, həmin turistlər daha sərfəli və qısa yolla, həmin ərazilərimizə səfər etsinlər. Bu amil işğaldan azad edilən ərazilərimizə eləcə də Füzuli rayonuna gələcək turistlərin sayına müsbət təsir göstərəcək. Həmçinin daha çox turistin ölkəmizə gəlməsinə imkan yaradacaq. Eyni zamanda hava limanı xüsusən də beynəlxalq yükdaşımalar üçün vacib əhəmiyyət kəsb edir”.

 

Millət vəkili bildirib ki, işğaldan azad edilən ərazilərimizin sənaye potensialını nəzərə alsaq, Füzulidə açılacaq hava limanı həm də həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxmından vacibdir: "Hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi yeni iş yerlərinin yaradılmasına da xidmət edəcək. Bu xüsusən, işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan vətəndaşlarımızın məşğulluğunun təmin olunması baxımından vacibdir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ