SON DƏQİQƏ
» » Füzuli-Şuşa yolu bu ərazidən keçəcək - Bayramov AÇIQLADI

Füzuli-Şuşa yolu bu ərazidən keçəcək - Bayramov AÇIQLADI

Tarix:

17-11-2020, 20:52

/ 5 976 dəfə oxundu.
Füzuli-Şuşa yolu bu ərazidən keçəcək - Bayramov AÇIQLADI

"Füzuli rayonundan Azərbaycanın qürur şəhəri olan Şuşaya yol çəkilişinə başlanılıb. Güman olunur ki, bu yol Xocavənd rayonu ərazisindən keçməklə Füzuli rayonu ilə Şuşa şəhərini birləşdirəcək". 

Bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, Füzuli rayonunun Alxanlı qəsəbəsindən başlanan yol bizi Şuşaya çatdıracaq:

"Bu yol Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır. Həmin yol Şuşa ilə Azərbaycanın digər yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan verəcək. İşğaldan əvvəl Şuşa şəhərinə Ağdam və Xankəndindən keçməklə gedilirdi. Digər tərəfdən, çox yaxın zamanlarda xeyli sayda vətəndaşlarımız işğaldan azad olunan rayonlarımızı, o cümlədən Şuşa şəhərini ziyarət edəcəklər. Bu isə bu zonalarda daxili turizmin inkişafı deməkdir. Bütövlükdə, gözlənilir ki, daxili turizmə üstünlük verən vətəndaşlarımızın əhəmiyyətli hissəsi bərpadan sonra işğaldan azad olunan ərazilərimizi də seçəcəklər. Bu isə həmin ərazilərimizdə biznesin inkişafı baxımdan vacibdir. Bütövlükdə, Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət daşıyacaq həmin yol bizi əbədi olaraq Şuşa şəhərinə çatdıracaq".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ