SON DƏQİQƏ
» » Bu ərazilər azad olundu, tezliklə yeni xoş xəbərlər olacaq

Bu ərazilər azad olundu, tezliklə yeni xoş xəbərlər olacaq

Tarix:

14-10-2020, 16:37

/ 3 639 dəfə oxundu.
Bu ərazilər azad olundu, tezliklə yeni xoş xəbərlər olacaq

Bu gün Füzuli rayonun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndlərinin işğaldan azad olunması o deməkdir ki, qoşunlarımız Cəbrayıl və Hadrud istiqamətində yüksəkliklərə tam nəzarət edir. Bu isə ordumuzun daha da irəlləyəcəyi və tezliklə yeni xoş xəbərlərin olacağı anlamına gəlir.

Bu fikirləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

"Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri işğaldan azad edilməsi Qarabağımız uğrunda savaşda strateji mövqelərimizi daha da gücləndirir. Çünki bu bizim keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində möhkəmlənməyimiz deməkdir.

Qeyd edək ki, Xocavənd rayonunun ümumi sahəsi 1458 km¬¬², əhalisi 41.725 min nəfərdir. İşğaldan öncə sözügedən rayonda 11 min Azərbaycanlı yaşayırdı.. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Rayonun böyük iqtisadi və turizm potensialı var.

Qarabağ Azərbaycandır! Qələbə Bizimlədir!", - deputat qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ