SON DƏQİQƏ
» » Deputatdan Hadrut açıqlaması: 2 min kv/m, 5 min əhali...

Deputatdan Hadrut açıqlaması: 2 min kv/m, 5 min əhali...

Tarix:

14-10-2020, 10:23

/ 3 806 dəfə oxundu.
Deputatdan Hadrut açıqlaması: 2 min kv/m, 5 min əhali...

Qədim Azərbaycan torpağı olan Hadrut qəsəbəsi strateji əhəmiyyət daşımaqla yanaşı, şanlı Ordumuzun keçmiş Dağlıq Qarabağ vilayətində möhkəmlənməsi baxımdan da vacibdir. 

Bu fikirləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov işğaldan azad edilən Hadrut qəsəbəsinin iqtisadi imkanları haqda danışarkən deyib.

Deputat bildirib ki, 1876,8 kvadrat km sahəsi və qeydiyyatda 5 min sakini olan Hadrut qəsəbəsi böyük iqtisadi və turizm potensialına malikdir:

"Hadrud 2014-cü ildə ABŞ-ın Cənubi Kaliforniyada yerləşən Burbank şəhəri ilə "qardaşlaşıb”. İnşallah, işğaldan azad olunmuş Hadrud qəsəbəsi yaxın zamanlarda Türkiyə şəhərlərinin biri ilə qardaşlaşar. Bu, tarixi və əbədi qardaşlıq olar!

Bizim bayrağımız artıq Dağlıq Qarabağda dalğalanır! Qoy bayrağımız qədim Azərbaycan torpağında əbədi dalğalansın!

Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ