"Dəyişikliklər iyunun 1-dən etibarən qüvvəyə minə bilər”.
GünAz.az rus mediasına istinadən xəbər verir ki, yayın əvvəlində Rusiyada sürücülər üçün yeni düzəlişlər qüvvəyə minə bilər. Trafik qaydalarındakı dəyişikliklər yay və ya qış təkərlərinini istifadəsi ilə bağlıdır. Sənədə əsasən, avtomobillərdən qışda yay təkərlərində, yayda dirəkli təkərlərdən istifadə edilməsinə icazə verilmir.
Daxili İşlər Nazirliyi nəqliyyatın istismarının qadağan olunduğu şərtlərin yeni siyahısını hazırlayıb.
Rusiya hökuməti düzəlişləri qəbul edərsə, dəyişikliklər 1 iyun 2021-ci ildən qüvvəyə minəcək. Bu qaydanın pozulmasına görə cərimə beş yüz rubl olacaq.
Qeyd edək ki, bununla bağlı fərman hələ imzalanmayıb.