SON DƏQİQƏ
» » Bir ayağını itirən qaziyə III dərəcəli əlillik verilməsi hansı ədalətə sığır?

Bir ayağını itirən qaziyə III dərəcəli əlillik verilməsi hansı ədalətə sığır?

Tarix:

16-03-2021, 11:30

/ 6 038 dəfə oxundu.
Bir ayağını itirən qaziyə III dərəcəli əlillik verilməsi hansı ədalətə sığır?

Partiya sədri: «Bəzi məmurların qanunazidd hərəkətləri, şəhid ailələrinə, qazilərə laqeydliyi vətəndaşla dövlət arasında ziddiyyət yaradır»

 

«Vətən müharibəsində müxtəlif dərəcəli bədən xəsarəti alaraq sağlamlığını itirmiş qazilərə müvafiq təqaüdlərin verilməsinə dair nörmativlərə yenidən baxılmalı və təqaüdlərin məbləği əsaslı şəkildə artırılmalıdır». Bunu Təkamül Partiyasının sədri Teyyub Qənioğlu deyib.

Onun sözlərinə görə, Ali Baş Komandanın "Dəmir yumruğu” ətrafında birləşən Azərbaycan xalqına arxalanan igid əsgər və zabitlərimiz, heç kəsin gözləmədiyi halda, qısa bir zaman kəsiyində ildırım sürəti ilə irəliləyərək işğal altında olan torpaqlarımızı yağı düşmən tapdağıdan azad etdi. Onlar 30 illik nigarançılığa son qoydu, xalqımıza möhtəşəm sevinc hissləri bəxş etdilər. Bu qələbənin qazanılmasında şirin canından keçən şəhid əsgər və zabitlərimiz (Allah onlara rəhmət eləsin!), qazilərimiz heç vaxt unudulmayacaq: «Təbiidir ki, hər bir kədərin sonu olduğu kimi, nə qədər xoş olsa da, sevincli günlər də yavaş-yavaş tarixə dönür. Onlar sanki unudulur, yalnız müəyyən zaman kəsiyindən sonra xatırlanır və yad edilir. Həyat isə davam edir-özünün kədəri və sevinci ilə».

T.Qənioğlu təəssüflə bildirib ki, nədənsə Vətən müharibəsində qazanılan qələbədən doğan eyforiyyə də yavaş-yavaş tarixə çevrilir: «Real həyat, təəssüf ki, heç də həmişə "rəvan getmir”, onun düzənliyi, enişi-yoxuşu vardır. Bu keşməkeşli yollarda müvəffəqiyyətlə yürümək heç də həmişə asan deyildir - xüsusilə evinə çörək gətirən tək övladını, ərini, atasını itirmişlər, sağlamlığını itirib əlil olanlar üçün. Yaxşı haldır ki, dövlət bu qəbildən olan insanları təkbaşına buraxmır: şəhid ailələrinə, qazilərə büdcənin imkanları daxilində təqaüdlər verir, şəhid ailələrini, qaziləri mənzillərlə təmin edir. Həmçinin aztəminatlı ailədən olan tələbələrin pulsuz təhsilinə yadım edir, şəhid aillərinin özünəməşğulluğu üçün tədbirlər görür. Ancaq təəssüf ki, bəzi məmurların tamahkarlığı, qanunlara zidd hərəkətləri, şəhid ailələrinə, qazilərə laqeydliyi dövləti nüfuzdan salır, vətəndaşla dövlət arasında ziddiyyət yaradır. Bəzən bu ziddiyyətlər mövcud qanunvericilikdə olan boşluqlardan irəli gəlir».

Partiya sədri qeyd edib ki, mövcud normativlərdən irəli gələrək bir gözünü itirən, o biri gözü eynəklə birlikdə 40 faiz görən, yaxud bir ayağını dizdən aşağı itirən qaziyə III dərəcəli əlillik verilməsi hansı ədalətə, insani hisslərə uyğun gəlir? Belə "normativləri” hazırlayıb qəbul edənlərin və tətbiq edənlərin insanlıqdan xəbəri varmı? Xəbəri varsa niyə susurlar? Məgər bilmirlər ki, gözləri görməyənlərin, əldən-ayaqdan şikəst olanların belə təqaüdlə nəinki ailələrinin, heç təkcə özlərinin də elementar yaşayışını təmin etməsi, onsuz da işsizliyin baş alıb getdiyi indiki zamanda, işə düzəlməsi mümkün deyil? Hesab edirik ki, tezliklə, yubanmadan Vətən müharibəsində müxtəlif dərəcəli bədən xəsarəti alaraq sağlamlığını itirmiş qazilərə müvafiq təqaüdlərin verilməsinə dair nörmativlərə yenidən baxılmalı və təqaüdlərin məbləği əsaslı şəkildə artırılmalıdır. Şəhid aillələrinə, xüsusilə çoxuşaqlı ailələrə, verilən təqaüdlərin də artırılması məqsədəuyğun olardı. Unutmaq olmaq olmaz ki, bu cür alilələr gələcək əsgərlər yetişdirir. Onlar daim qədirbilən xalqımızın diqqət mərkəzindədir və onlara bəslənilən qayğı ölkəmizdə vətənpərvərlik hissinin aşılanmasında ən önəmli yollardan biridir».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ