
Yerli və xarici media nümayəndələrini Bakıda bir araya gətirən səbəb Azərbaycan Prezidenti ilə görüş idi. Azərbaycanın Qarabağda tarixi zəfəri, regiondakı vəziyyətdən, ikitərəfli münasibətlərədək suallar ünvanlandı.
Xarici jurnalistlər Qarabağ zəfərindən sonra Ermənistandakı daxili-siyasi gərginliyə diqqət çəkir. Təbii ki, Azərbaycan Prezidentinin Ermənistandakı proseslərə münasibəti onlar üçün maraqlıdır idi. Cənab Prezident qeyd etdi ki, bütün günahlar Ermənistanın keçmiş və hazırkı rəhbərlərindədir.
İşğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri bağlı ilə verilən sualı cavablandıran Prezident Füzulidə aeroport tikintisinin başlanması barədə xəbərə aydınlıq gətirib.
Müharibədən sonra regiondakı vəziyyətə gəlincə isə dövlət başçısı söylədi ki, post müharibə dövrü regionun gələcək inkişafı, qarşılıqlı əməkdaşlıq və ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox unikal imkanlar yaradıb. Təkcə Zəngəzur dəhlizinə fikir versək, görərik ki, bu təkcə Rusiya- Azərbaycan - Türkiyə- İran -Ermənistanın maraqlarına cavab vermir, bu qonşu ölkələrin də maraqlarına cavab verir. Yəni, Avrasiya üçün yeni bir nəqliyyat yolu açıla bilər. Ermənistanda yeni yanaşma olarsa, onda, əlbəttə ki, regionda gedən proseslərin tərkib hissəsi ola bilər. Olmasa, Ermənistan növbəti dəfə tarixi şansını itirəcək.
Konfransda qərəzli sual ünvanlayan iranlı jurnalist Azərbaycan Prezidentinin belə yanaşmaya cavabı qarşısında arqument gətirə bilmədi.
Jurnalistləri ən çox maraqlandıran suallardan biri işğaldan azad olunan ərazilərin nə zaman tam bərpa olunması ilə bağlı oldu.
Dövlət başçısı söylədi ki, bunun üçün kompleks tədbirlər görülməlidir. Ən qısa müddətdə mərhələli şəkildə insanlarımızı o bölgəyə qaytaracağıq.
Prezident İlham Əliyevin bir neçə dildə danışması xarici jurnalistləri təəccübləndirib.
"Siz rekorda imza atdınız, cənab Prezident!" sözləri ilə jurnalistlər bunu xüsusi vurğulayıblar.
Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında qeyd edib ki, 25 ildir jurnalistika ilə məşğuldur, amma hər hansı prezidentin dörd dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb.
İspaniyadan mətbuat konfransına qatılan jurnalist isə "Bizim siyasətçilər bunu edə bilmirlər" sözləri ilə Prezidentin dil biliklərinə heyranlığını gizlətməyib.
Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci il sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribata cavab olaraq, Azəbaycan Respublikasının Silahlı Qüvvəlləri əks hücum əməliyyatların başlanmış və 44 gün davam edən müharibədə işğal altında olan torpaqlarımız işğaldan azad olunmuşdur. Bu müharibə ərzində Azərbaycan xalqı Cənab Prezident Ilham Əliyevin qeyd etdiyi kimi "Dəmir yumruq" kimi bir oldu. Xalqımızın və ordumuzun birlikdə çox güclü olduğunu "zəfər" qazanaraq bütün dünyaya bəyan etdik. Bu zəfər şəhidlərimizin qanı ilə tarixə yazıldı.
Beləliklə, Azərbaycanın xəritəsi bütövləşdi. Cənab Prezident Ilham Əliyev işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərinə imza atdı. Biz inanırıq ki, tezliklə quruculuq işləri uğurla başa çatacaq. Illərdir öz doğma yurd-yuvalarından ayrı düşmüş həmvətənlilərimiz öz yurdlarına qayıdacaqlar. Eyni zamanda hər bir azərbaycanlının doğma torpaqlarımızda yurd salıb yaşamaq arzusu var.
Biz inanırıq ki, 30 il bundan əvvəlki kimi bütün dünyaya birgə yaşayış modelinin universal nümunəsinin bəyan edəciyik. Məqaləni cənab Prezident Ilham Əliyevin sözləri ilə bitirmək istəyirəm. "Qarabağ Azərbaycandır." "Biz dəmir yumruq kimi birik"
İlahə Abdullazadə
Pirşağı qəsəbəsi, Akademik Xoşbəxt Yusifzadə adına 112 nömrəli məktəbin
ibtidai sinif müəllimi