SON DƏQİQƏ
» » Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır

Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır

Tarix:

19-11-2020, 15:23

/ 4 799 dəfə oxundu.
Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşılayır

Prezident İlham Əliyevin Mehriban xanım Əliyeva ilə birgə işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər etməsi, Cəbrayıl və Füzuli şəhərlərində, Xudafərin körpüsündə Azərbaycan bayrağını yüksəltməsi mühüm siyasi mesaj, tarixi məqam oldu. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi demək oldu. Təsəvvür edin ki, Ermənistanda Paşinyan öz xalqından gizləndiyi bir zamanda Azərbaycanda Prezident İlham Əliyev müzəffər ordu ilə qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. Bu, şanlı qələbəmizin, zəfərimizin nidasıdır.

Qeyd edək ki, siyasətdə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyevin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəri kimi tarixə düşdü. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olan cənab İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə eyni zamanda, hər bir hərbçinin də Ali Baş Komandanı olduğunu aşkar şəkildə nümayiş etdirmiş oldu. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq da ona öz sevgi və etimadını nümayiş etdirdi.

Qələbədən sonra işğaldan azad olunan bölgələrə ilk səfərini edən Prezident əslində sevinc hisslərini öz xalqıyla bölüşmüş oldu, xalq da qalib ordunun Ali Baş Komandanını böyük izdiham ilə qarşıladı. Sözsüz ki, xalqın orduya inamı və dəstəyi, ölkədə yaşanan milli və siyasi həmrəylik əldə etdiyimiz qələbənin ideoloji əsasını təşkil edir. Xalqı dəmir yumruq kimi birləşdirən Prezident İlham Əliyevin "Biz birlikdə güclüyük” şüarı isə xalqın qalib ruhunun güzgüsünə çevrildi. 

Fərqanə Abbasova,

72 saylı orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər