SON DƏQİQƏ
» » Azərbaycan Silahlı Qüvvələri öz rəşadətlərini göstərir

Azərbaycan Silahlı Qüvvələri öz rəşadətlərini göstərir

Tarix:

6-10-2020, 08:09

/ 3 726 dəfə oxundu.
Azərbaycan Silahlı Qüvvələri öz rəşadətlərini göstərir


Möhtərəm Prezidentimiz oktyabrın 3-də Azərbaycan Ordusunun növbəti qələbəsini -Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyini öz Tvitter hesabında Azərbaycan xalqı ilə paylaşdı. Oktyabrın 4-də isə bu sıraya daha bir qələbə sevincimiz yazıldı.

Azərbaycan Ordusunun Cəbrayıl şəhərinin və rayonun bir neçə kəndinin işğaldan azad edilməsi münasibətilə möhtərəm Prezidentimiz İlham Əliyev bütün Azərbaycan xalqını təbrik edərək bildirdi ki, dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar.

Azərbaycan Ordusunun cəbhə bölgələrində göstərdiyi şücaətqürurvericidir. Bu gün paytaxt Bakımızı zəfər bayraqlarımız bəzəyir. Xalqımız "Eşq olsun Azərbaycan əsgərinə!”, "İgid əsgər, irəli!”, "Şəhidlər ölməz, Vətən bölünməz!”, "Prezident-xalq-ordu birliyi sarsılmazdır” kimi döyüş ruhluçağırışlarla Ordumuza dəstəklərini ifadə edirlər. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə sancılan üçrəngli bayrağımız birliyimizi, həmrəyliyimizi, qələbə əzmimizi özündə ehtiva edir. Daha bir xoş xəbər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağınınsancılmasıdır. Torpaqlarımızın işğaldan azad olması şəhidlərimizin ruhunu şad edir.Azərbaycan əsgərləri böyük ruh yüksəkliyi ilə döyüşləri davam etdirərək hər an bizi qələbəyə yaxınlaşdırır, "şəhidlərimizin qanı yerdə qalmayacaq” bildirirlər.

Bu gün Azərbaycan ordusunun uğurlu hərbi əməliyyatları Ermənistanda böyük təlaşa və çaxnaşmaya səbəb olub. Şanlı Azərbaycan Ordusunun tarixi torpaqlarımızın düşməndən azad olunması uğrunda apardığı mübarizə obyektiv reallığın ifadəsi və haqq işidir. Dövlət başçımızın uğurlu siyasəti nəticəsində işğalçı ölkə böyük zərbələrlə, itkilərlə üzləşir. Azərbaycan xalqı isə ürəkdən inanır ki, Prezident İlham Əliyevin apardığı ədalətli və qətiyyətli siyasət qalib gələcək!

Abdullayeva Gülnaz,

142 saylı tam orta məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ