SON DƏQİQƏ
» » Əsli Kazımova: “Bütün Qarabağ üçün yeni bir dövr başlayır…”

Əsli Kazımova: “Bütün Qarabağ üçün yeni bir dövr başlayır…”

Tarix:

11-02-2021, 19:20

/ 3 731 dəfə oxundu.
Əsli Kazımova: “Bütün Qarabağ üçün yeni bir dövr başlayır…”

"İşğaldan azad olunmuş ərazilərin bərpasının planlı şəkildə həyata keçəcəyi ilə bağlı dəfələrlə cənab Prezidentimiz fikir bildirmişdir”.
Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tamamilə bərpa edilməsi ilə bağlı hələ ötən ilin noyabır ayında dövlət başçısı və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərində olarkən də bu məsələyə toxunmuşdu: "Əslində hesab edirəm ki, erməni işğalı və təcavüzü nəticəsində verilən zərərlərin hesablanması baxımından işğal olunmuş ərazilərin bərpasında tələsməməliyik. Bu Cənab Prezidentin də dediyi kimi mərhələli şəkildə baş verməlidir. Düşünüəm ki, brəpa işlərinə başlamadan öncə beynəlxalq təşkilatların, o cümlədən beynəlxalq media nümayəndələrinin ərazilərə səfərləri təşkil olunmalı, beynəlxalq səviyyədə reydlərin aparılmasına nail olunmalıdır. Erməni yalan və böhtan maşınının fəaliyyətini diqqət mərkəzində saxlayaraq, ermənilərin törətdikləri vandalizmin izlərini sənədləşdirməliyik. Digər tərəfdən, bu gün işğal olunmuş ərazilərdə, bərpa proseslərinə qismən də olsa başlanılıb deyə bilərik. Çünki, Şuşaya avtomobil yolunun çəkilişinə artıq başlanılıb və bu istiqamətdə ilk sərəncam da verilib.
Cənab Prezidentimiz hələ Ağdam səfəri zamanı qeyd etmişdi ki, Ağdam üçün yeni dövr başlayır və Bizim bununla bağlı böyük planlarımız var. Hesab edirəm, sadəcə Ağdam üçün deyil, eyni zamanda bütün Qarabağ üçün yeni bir dövr başlayır. Amma hesab edirəm bu yeni dövrdə xalqımız səbrli və mətanətli olmağa davam edəcək. Bildiyimiz kimi işğal olmuş ərazilərdə erməni separatçıları tərəfindən minalanmış sahələrdə bu gün də zərər çəkən soydaşlarımız var. Bu baxımdan da, Cənab Prezidentin xalqa müraciətinə diqqət etməliyik. Ərazilərimizin minadan təmizlənməsi prosesi tamamilə həyata keçirilməyənə qədər həmin ərazilərə getmək razılaşdırılmış şəkildə baş verməlidir. Hesab edirəm ki, dövlət başçısı tərəfindən Dağlıq Qarabağda başladılan yeni bərpa dövründə mütləq sürətdə tək ehtiyacımız olan xalqımızın həmrəyliyidir. Həmrəyliyimiz və qətiyyətli iradəmizlə zəfər qazana bildiksə, biz xalq olaraq həmrəyliyimizlə, qətiyyətli iradəmizlə dəff edə bilməyəcəyimiz heç bir maneə yoxdur”.
İlqar QURBAN
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ