SON DƏQİQƏ
» » Biz qalib gəlməklə həm ərazimizi bərpa etdik, həm də dünyaya öz gücümüzü göstərdik

Biz qalib gəlməklə həm ərazimizi bərpa etdik, həm də dünyaya öz gücümüzü göstərdik

Tarix:

1-03-2021, 18:02

/ 3 197 dəfə oxundu.
Biz qalib gəlməklə həm ərazimizi bərpa etdik, həm də dünyaya öz gücümüzü göstərdik

25.02.2021-ci il tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Bakının Ramana qəsəbəsində yeni tikilmiş yaşayış kiompleksində ikinci Qarabağ müharibəsi qaziləri və şəhid ailələri ilə görüş keçirmişdir. Görüş zamanı ölkə prezidenti yaşayış kompleksi ilə yaxından tanış olmuşdur.

Şəhid ailələri və qazilər üçün nəzərdə tutulmuş yaşayış kopleksi 39 mərtəbəli binadan, 1512 mənzildən ibarətdir. Zəngin infrastruktura malik olan kopleksin tərkibinə 1200 şagird tutumu olan məktəb, uşaq bağçası və klub-icma mərkəzi daxildir. Komplekslə tanışlıqdan sonra dövlət başçısı İlham Əliyev şəhid ailələrinin üzvləri və qazilərlə görüş keçirmiş, yaşayış kompleksi haqda təəsüratını bölüşmüşdür. O, qeyd etmişdir ki, müharibədən cəmi üç ay yarım keçməsinə baxmayaraq, binalar yüksək səviyyədə tikilmişdir. Cənab İlham Əliyev həmçinin qeyd etmişdir ki, 2021-ci ilin yanvar ayında imzaladığı sərəncama əsasən 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan on bir mindən çox şəhid ailəsi və qazi mənzillə təmin olunacaqdır.

Prezident İlham Əliyev həmçinin vurğulamışdır ki, qazilərin müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş "Şağan Reabilitasiya Mərkəzi”nin açılışı olmuşdur. Müharibədə ayağını itirmiş qazilərimizin çox hissəsi artıq ayaq protezləri ilə təmin olunmuş, əlini və qolunu itirmiş qazilərimiz üçün xarici ölkələrdən xüsusi və keyfiyyətli protezlər sifariş olunmuşdur. Ölkə başçısı qeyd etmişdir ki, 300-dən çox qazinin bu protezlərlə təmin olunması nəzərdə tutulub. Bu rəqəmləri ictimaiətə çatdırmaqla prezident İlham Əliyev dövlətin şəhid ailələrinə və qazilərə olan qayğısını bir daha diqqət mərkəzinə gətirmişdir. Bu qayğının sona qədər davam edəcəyini bildirmişdir.

Bundan başqa ölkə başcısı birinci Qarabağ müharibəsindəki itkilərimizlə ikinci Qarabağ müharibəsindəki itkilərimizi müqaisə etmişdir. O, bildirmişdir ki, birinci Qarabağ müharibəsində 12000 şəhidimiz olmuşr, 4000-dən çox hərbiçimiz isə itkin düşmüşdür. İkinci Qarabağ müharibəsinə düşmənin 30 ildən çox hazırlaşmağına, bu illər ərzində qurduqları istehkamlara, regionun mürəkkəb relyefə malik olmasına baxmayaraq biz müharibəni az itkilərlə başa vura bildik. Buna səbəb isə hər şeyin planlanması idi. Bu planlar əsasən az itki üçün nəzərdə tutulmuşdur. Biz qalib gəlməklə təkcə öz ərazimizi bərpa etmədik, həm də bütün dünyaya öz gücümüzü göstərdik. Azərbaycan tarixi heç vaxt belə bir qələbə görməmişdir. Biz bu müharibədə hamının necə yumruq kimi birləşdiyini gördük və bunu təkcə biz yox, bütün dünya gördü. Bu gün Ermənistan dövləti düşdüyü vəziyyətə görə onları idarə edən, artıq 29-cu il dönümünü qeyd etdiyimiz Xocalı soyqırımının törədiciləri olan Sarkisyan-Köçəryan xuntasına borcludur. Ölkə başcısı Ermənistan dövlətinin xarici ölkələrdən haqsız narazılığını da qınamışdır. Pulsuz alınan silahlara baxmayaraq onlar müharibədən yenə də məğlub çıxdılar. Cəmi 44 gün ərzində tarixi qələbəmizlə biz bütün dünyaya yeni reallıq, iradə və güc göstərmişik. Biz bunu şəhidlərimizin qanı hesabına qazanmışıq. Siz xalqımız üçün, dövlətimiz üçün çox gözəl insanlar yetişdirmisiniz. Onların ömrü uzun olmadı, amma onlar bizim ürəyimizdə əbədiyyətə qovuşdular. Onlar öz adlarını Azərbaycan xalqının şanlı tarixinə əbədi yazdılar.

Prezident İlham Əliyev şəhidlərin ailə üzvlərinə öz hörmətlərini çatdırdı və bildirdi ki, Azərbaycan dövləti və bir prezident kimi özü həmişə onların yanında olacaqdır. Daha sonra prezident İlham Əliyev Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma Qocayeva və Qarabağ müharibəsi qazisi Rahim Babayevin çıxışlarını dinlədi.

Ölkə başcısı İlham Əliyev xalqı ilə bərabər çətin bir yol qət etsə də şəhid ailələrini, qaziləri diqqət mərkəzində saxlayır. Bir xalq olaraq 44 günlük müharibə dövründə təkcə əsgərlərimizin göstərdikləri qəhrəmanlıqları deyil, eyni zamanda, ölkə başcısının ictimaiətə verdiyi məlumatları, xarici pressa ilə danışıqları yaxından izlədik. Anladıq ki, əslində bu müharibənin çox hissəsi prezident İlham Əliyevin çıxışlarında udulmuşdu. Bütün müharibə boyu millətinə və əsgərlərinə qarşı göstərdiyi diqqətə, qayğıya görə, bütün qaranlıq məqamlara yerindəcə açııqlama verib öz xalqını narahat qoymadığına görə, siyasi dəqiqliyinə görə, əzmkarlığına görə, tariximizə, tarixi abidələrimizə, dinimizə, məscidlərimizə bu qədər dəyər verdiyinə görə, müharibədən sonra şəhid ailələri və qazilərə olan diqqətini daha da artırdğına görə ölkə başcısına bütün xalq adından təşəkkür edirik! Siz bizi "Dəmir yumruq” edən sərkərdəsiniz!

 Jalə Məhərrəmova

Bakıxanov qəsəbəsi, Rasim Quliyev adına 107 saylı məktəbin direktoru


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ