SON DƏQİQƏ
» » Vətən müharibəsində qazandığımız qələbə hər birimizə fəxarət hissi bəxş edir

Vətən müharibəsində qazandığımız qələbə hər birimizə fəxarət hissi bəxş edir

Tarix:

1-03-2021, 14:09

/ 2 002 dəfə oxundu.
Vətən müharibəsində qazandığımız qələbə hər birimizə fəxarət hissi bəxş edir

25 fevral 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhərinin Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.

Görüşdəki çıxışında prezident İlham Əliyev müxtəlif məsələlərə toxunmuş,müstəqil Azərbaycan naminə əzmlə,yorulmadan çalışdığını bildirmişdir.

Dövlətimizin başçısı çıxışının əvvəlində Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin istifadəyə verildiyini bildirmiş,ailələri təbrik etmişdir.Müharibədən çox az müddət keçməsinə baxmayaraq müasir,yüksək keyfiyyətli ,hər şəraitli şəhərciyin tikilib istifadəyə verilməsi qeyd olunmuşdur.

Prezident şəhid ailələri və müharibə əlilləri qarşısındakı çıxışında bu cür həssas ailələrə münasibətinin birmənalı olduğunu qeyd etmişdir.

Son 17 il ərzində 9200-ə qədər şəhid ailəsi və müharibə əlilinə mənzil təqdim olunmuşdur.Bu istiqamətdəki işlər davam etdirilir.Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün fərdi yaşayış evləri tikilir.Prezident bu qayğını digər müharibə olan ölkələrlə müqayisə etmiş və Azərbaycanın bu sahədə qabaqcıl yerlərdə olduğunu bildirmişdir.Ermənistanda isə ,ümumiyyətlə , bizdə olan yardım proqramı yoxdur.

Dövlətimizin bu qayğısı ,bu diqqəti ümumi mənəvi normalara əsaslanır.Vətənimiz uğrunda şəhid olmuş vətəndaşlarımızın yaxınları,ailələri xüsusi qayğıya,diqqətə layiqdirlər.Prezidentin qeyd etdiyi kimi, bu siyasət davamlıdır.

Prezident İ.Əliyev ümumilikdə I Qarabağ müharibəsində 16 min itkimizin olduğunu,hər bir insanın-şəhidin xatirəsinin qiymətsiz olduğunu bildirmişdir.44 günlük müharibə dövründə istənilən əməliyyat planının əsas amili itkinin minimum həddə olması idi.Müharibənin itkisiz olması isə mümkün deyil.Apardığımız ədalətli azadlıq mühribəsində şəhidlik zirvəsinə ucalan şəhidlərimizə prezident İ.Əliyev Allahdan rəhmət dilədi.

Prezident çıxışında otuz il ərzində işğal olunmuş torpaqlarımızın azad olunmasında xalqın birliyini,gücümüzü bir daha iftixarla qeyd etmişdir.

Eyni zamanda prezident İ.Əliyev Birinci Qarabağ müharibəsi zamanı ordudaki nizamsızlığı,həmin dövrdəki hakimiyyət nümayəndələrinin yarıtmazlığını xatırlatmışdır.

Dövlətimizin başçısı 30 il ərzində Azərbaycanın müharibəyə hazırlaşdığını , dünya ölkələrinin əksəriyyətinin isə Azərbaycan-Ermənistan münaqişəsinə soyuq yanaşmasını vurğuladı.Lakin bu illər ərzində vətənpərvər nəsil yetişdi və torpalarımızı erməni işğalçılarından azad etdi.Bununla da,Azərbaycan öz gücünü dünyaya bəyan etdi.

Görüşdə prezident müharibədən sonrakı dövrə,quruculuq işlərinə diqqət çəkmişdir.

Eyni zamanda prezident çıxışında Ermənistan ordusunun tamamilə məhv edildiyini,bizim ordumuzun isə gücləndiyini ,təkmilləşdiyini dilə gətirmişdir.

Dövlətimizin baçşısı nitqində Ermənistanın əsrlərboyu yaratdığı mifi 44 günlük müharibə dönəmində darmadağın etdiyimizi qürur hissi ilə qeyd etmişdir.

Prezident İlham Əliyev görüşün sonunda şəhid ailələri və müharibə əlillərini bir daha təbrik etmiş,hər zaman Azərbaycan hökümətinin,şəxsən özünün həmin ailələrin yanında olacağını bir daha vurğulamışdır.

 

 Taleh Şahbazov

Balaxanı qəsəbəsi, 69 saylı məktəbin direktoru 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ