SON DƏQİQƏ
» » Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirildi

Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirildi

Tarix:

26-01-2021, 19:12

/ 6 783 dəfə oxundu.
Fərman İsmayılovun nəşi Librevil şəhərinə gətirildi

Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart” adlı gəmiyə hücum zamanı öldürülən azərbaycanlının nəşi Port Gentil şəhərindən digər yerə gətirilib.

Fərman İsmayılovun nəşi xüsusi təyyarə ilə Qabonun Port Jantil şəhərindən Librevil şəhərinə gətirilib.

Qeyd edək ki, 23 yanvarda Nigeriya sahillərində üzən Türkiyənin "Boden dənizçilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 2-ci mühəndis Fərman Əli oğlu İsmayılov öldürülüb, 3 nəfər gəmi ilə birgə azad edilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ