SON DƏQİQƏ
» » Ərdoğan dəniz quldurlarının qaçırdığı gəminin kapitanı ilə danışıb

Ərdoğan dəniz quldurlarının qaçırdığı gəminin kapitanı ilə danışıb

Tarix:

25-01-2021, 08:43

/ 4 553 dəfə oxundu.
Ərdoğan dəniz quldurlarının qaçırdığı gəminin kapitanı ilə danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücuma məruz qalan Liberiya bayrağı altında üzən Türkiyə şirkətinə məxsus "Motsart” adlı gəminin kapitanı Furkan Yarenlə telefon əlaqəsi yaradıb.

 

Prezident gəmidən xilas ola bilən üç nəfərin sağlamlıq durumu haqqında məlumat alıb və dəniz quldurları tərəfindən girov götürülən heyət üzvlərinin xilas olunması üçün səylərin davam etdiyini deyib.

Qeyd edək ki, yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən "Motsart” adlı gəmiyə hücum ediblər. Gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum nəticəsində mühəndis olan Fərman İsmayılov adlı soydaşımız həlak olub.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ