SON DƏQİQƏ
» » Partiya sədri: "Həmrəyliyimiz Azərbaycan xalqının ən böyük mənəvi sərvətinə çevrildi".

Partiya sədri: "Həmrəyliyimiz Azərbaycan xalqının ən böyük mənəvi sərvətinə çevrildi".

Tarix:

31-12-2020, 08:12

/ 4 120 dəfə oxundu.
Partiya sədri: "Həmrəyliyimiz Azərbaycan xalqının ən böyük mənəvi sərvətinə çevrildi".

"XXI əsrin üçüncü onilliyinə qədəm qoymaqda olduğumuz bu günlər həm xalqımızın, həm də dövlətimizin tarixi yaddaşına qızıl hərflərlə yazıldı. Ordumuzun gücü, Prezidentimizin qətiyyəti, xalqımızın birliyi, cəmiyyətin həmrəyliyi 2020-ci ili Azərbaycan üçün Qələbə ilinə çevirdi. 1991-ci ildə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda əsasını qoyduğu və bayrama çevirdiyi HƏMRƏYLİYİMİZ 2020-ci ildə uzun illərdir həsrətində olduğumuz torpaqlarımızın azad edilməsində öz əməli təsdiqini tapdı. Bu, birlik, həmrəylik Azərbaycan xalqının ən böyük mənəvi sərvətinə çevrildi".

Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi bir daha xalqımızın bir yumruq kimi birləşməsinə, Vətənin azadlığı uğrunda birgə mübarizənin təşkilinə təkan verdi. Əsli Kazımova bildirib ki, bütün dünyada pandemiya səbəbilə geriləmə, tənəzzül, böhran ili kimi dəyərləndirən 2020-ci il ölkəmizdə Həmrəylik və Birlik ili kimi yaddda qaldı: "Təbii ki, 2020-ci il bütün dünya üçün bir sıra təzadları və ziddiyyətləri ilə əlamətdar oldu. Hələ ilin əvvəlindən demək olar ki, bütün Avropa, Asiya o cümlədən digər qitələr sürətlə yayılan yoluxucu xəstləiyə-COVİD-19-a qarşı mübarizəyə başladı. Azərbaycanda da bu istiqamətdə əsaslı addımlar atıldı. 2020-ci ilin mart ayından ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bu xəstəliyin yayılmasının qarşısının alınması və onun törədə biləcəyi fəsadların aradan qaldırılması istiqamətində uğurlu addımlar atıldı, Tədbirlər Planı hazırlandı. Məhz bu Tədbirlər Planının uğurlu icrası vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması yönündə böyük rol oynadı. Eləcə də, dayanıqlı iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı pandemiyadan ən minimal itkilərlə çıxa ildi. Bu gün Azərbaycan dünyada az-az dövlətlərdəndir ki, bu çətin sınaqdan üzüağ çıxıb. Ölkəmizdə aparılan uğurlu dövlət siyasəti nəticəsində Azərbaycan yardım alan deyil, yardım göstərən ölkə statusunda çıxış edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə bütün dünya qlobal pandemiya ilə mübarizəyə səfərbər oldu və bununla bağlı BMT Baş Asssambleyasının xüsusi iclası çağırıldı. Bu, ölkəmizin və Prezidentimizin böyük uğurudur".

ASRP sədri onu da vurğulayıb ki, 2020-ci il həm də ölkəmizdə siyasi dialoqun genişləndirilməsi, yeni siyasi konfiqurasiyanın qurulması ilə əlamətdar oldu. İl ərzində bir neçə dəfə, aktiv müharibə dövründə isə daha mütəmadi şəkildə ölkəmizdə fəaliyyət göstərən partiyaların birgə müzakirələri təşkil olundu, müvafiq dövlət strukkturları ilə görüşlər keçirildi. Sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə əməliyyatlarına başladığı zaman ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın birgə Bəyanat imızalamasını yüksək dəyərləndirən partiya sədri vurğulayıb ki, siyasi həmrəyliyin dərinləşdirilməsi dövlətin gələcək inkişafında müstəsna rol oynayacaq: "Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin ölkədə fəaliyyət göstərən siyasi partiyalarla keçiürdiyi görüşlər, onların problemlərinin həlli istiqamətində atılan addımlar, bəzi partiyaların qeydiyyata alınması, bəzilərinin isə qərargahla təmin olunması milli həmrəyliyimizin möhkəmləndirilməsində, ölkədə vətəndaş birliyinin daha da gücləndirilməsində mühüm amil kimi çıxış etməkdədir.  İnanırıq ki, yerləşdiyi regionun aparıcı iqtisadi-siyasi aktoruna çevrilmiş qalib Azərbaycan üçün qarşıdan gələn 2021-ci il daha böyük uğurlarla yadda qalacaq, azad Qarabağımız qısa zamanda yenidən cənnətə çevriləcək. 

Bu sevinclə və ümidlə dünya azərbaycanlılarını Azərbaycan Sosial Rifah Partiyası adından qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirik. Uca tanrıdan tək diləyimiz birliyimizin, bərabərliyimizin və həmrəyliyimizin əbədi olmasıdır. 2021-ci il xalqımıza və dövlətimizə əminamanlıq, sülh, barış, rifah və uğur gətirsin!"

İlqar QURBAN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ