SON DƏQİQƏ
» » 190 manatın verilməsi ilə bağlı qərar təsdiqləndi - Rəsmi

190 manatın verilməsi ilə bağlı qərar təsdiqləndi - Rəsmi

Tarix:

23-12-2020, 20:48

/ 6 894 dəfə oxundu.
190 manatın verilməsi ilə bağlı qərar təsdiqləndi - Rəsmi

Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında qərar qəbul edib.

Bu barədə  Naizrlər Kabinetindən məlumat verilib.

"Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcəklər.


скачать dle 12.1

Şərhlər