SON DƏQİQƏ
» » Düşmənin vurduğu daha bir ziyan aradan qaldırılır

Düşmənin vurduğu daha bir ziyan aradan qaldırılır

Tarix:

3-11-2020, 11:56

/ 3 562 dəfə oxundu.
Düşmənin vurduğu daha bir ziyan aradan qaldırılır

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutması nəticəsində Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə nazirliyə məxsus "Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün "Aztelekom” telekommunikasiya üzrə vəziyyətə nəzarəti gücləndirib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ