SON DƏQİQƏ
» » Toy qadağası bu tarixədək uzadıldı: bəs, sonra?..

Toy qadağası bu tarixədək uzadıldı: bəs, sonra?..

Tarix:

12-09-2020, 22:03

/ 1 364 dəfə oxundu.
Toy qadağası bu tarixədək uzadıldı: bəs, sonra?..

Ölkəmizdə sentyabrın 30-dək toy, nişan, yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı qadağalar qüvvədə saxlanılıb.

GunAz.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin ölkədə tətbiq edilən karantin rejiminin qaydalarına dair qərarında bildirilib.

Qeyd olunub ki, sentyabrın 30-dək ölkə üzrə xüsusi karantin rejimi tətbiq edilən ərazilərdə dəfn mərasimləri istisna olmaqla, dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi ilə bağlı məhdudiyyətlər qüvvədə saxlanılıb.

Həmçinin, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili ilə bağlı məhdudiyyətlər də qüvvədə qalıb.

Qərarın müddəti uzadılmayacağı təqdirdə sentyabrın 30-dan sonra toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilə bilər.


скачать dle 12.1

Şərhlər