SON DƏQİQƏ

Tarixin BU GÜNÜ

Tarix:

6-08-2020, 08:42

/ 2 721 dəfə oxundu.
Tarixin BU GÜNÜ

  1991-ci ildə Nüvədi kəndi erməni quldur dəstələrinin hücumuna məruz qaldı. Yaxşı silahlanmış terrorçular döyüş texnikasının köməyilə kəndi viran qoydular. Hücum nəticəsində kənddə bir azərbaycanlı belə qala bilmədi. Bu hadisə ermənilərin həyata keçirdiyi etnik təmizləmə siyasətinin növbəti mərhələsi idi.

  Qeyd edək ki, Nüvədi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda, rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilib.

İspaniya kralı II Felipenin İngiltərəni işğal üçün göndərdiyi böyük donanma 1588-ci ilin 8 avqustunda Manş dənizindəki döyüşdə ağır məğlubiyyətə uğradı. Bu zəfər kraliça I Yelizavetanın (Elizabeth) rəhbərliyi altındakı İngiltərənin müstəmləkə siyasətini başlamasına yol açdı.  

***

  1945-ci ilin bu günü SSRİ, ABŞ, Böyük Britaniya və Fransa müvəqqəti hökuməti İkinci Dünya Müharibəsinin əsas hərbi canilərinin təqib olunması və cəzalandırılması üçün beynəlxalq hərbi tribunal yaratdılar. Sazişə görə, tərəflərdən hər biri bu məhkəmə orqanına 2 nümayəndə göndərdi.

  Beynəlxalq hərbi tribunalın hökmü qəti hesab olunurdu və müzakirə edilmirdi.

  1945-ci il noyabrın 20-də Nürnberqdə faşistlərin ilk məhkəmə prosesi başladı. Məhkəmə təhqiqatı təxminən 1 il davam etdi və sonda faşist Almaniyasının 12 yüksək rütbəli məmuruna ölüm hökmü çıxarıldı. 

***

  8 avqust 1974-cü ildə ABŞ prezidenti Riçard Nikson (Richard Nixon) "Watergate" qalmaqalına görə istefa verdi.

  R.Nikson istefa verən ilk ABŞ prezidentidir. Onun yerinə dövrün vitse-prezidenti Cerald Ford (Gerald Ford) keçdi. Bununla C.Ford ABŞ-ın seçilməmiş ilk prezidenti kimi tarixə düşdü.

***

8 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

  Kvant mexanikasının yaradıcılarından biri, görkəmli ingilis fizika nəzəriyyəçisi, London Kral Cəmiyyətinin üzvü Pol Dirak (Paul Adrien Maurice Dirac) 1902-ci ilin bu günü anadan olub.    

  Tədqiqatları əsasən kvant mexanikası, elektormexanikaelementar zərrəciklər nəzəriyyələrinə həsr olunan alim 25 yaşında ikən (1927) kvant mexanikasının riyazi aparatını ixtira edib, 32 yaşında (1933) isə Nobel Fizika Mükafatına layiq görülüb. (1902-1984)

*** 

  Bosniya-Herseqovina respublikasının ilk ölkə başçısı, "Müdrik kral" adlandırılan Aliya İzzetbeqoviç 8 avqust 1925-ci ildə dünyaya gəlib. (1925-2003)  

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ