SON DƏQİQƏ

Qan yaddaşımız

Tarix:

23-05-2017, 16:58

/ 7 062 dəfə oxundu.
Qan yaddaşımız

 

Azərbaycanlılara qarşı Ermənistanın apardığı deportasiya, etnik təmizləmə, soyqırımı siyasəti və hərbi təcavüzünün nəticələri xalqımızın yaddaşına rəqəmlərin dili ilə.
1. Qərbi Azərbaycandan ("Ermənistandan”) deportasiya, etnik təmizləmə, soyqırım siyasəti – 1806-1828, 1853-1856, 1876-1878, 1918-1920, 1937-1941, 1948-1953, 1988-1994-cü illər.
2. İrəvan, Naxçıvan xanlıqları da daxil olmaqla Şimali Azərbaycanın işğalı – 1804-1828-ci illər (213 il keçir).
3. 1804-cü il 02 iyul. İlk dəfə İrana yürüş edən Rus çar generalı Partnyaginin etirafı: Rusiya çarı I Aleksandra yazdığı məktubda qeyd edir: "Ermənilər bizi aldatdılar, guya İranda yalnız ermənilər yaşayır. Aydın oldu ki, orada yalnız türklər yaşayır”.
4. 1828-ci il 29 fevral. General Paskeviç çar I Nikolaya göndərdiyi raportda yazmışdır: "Xristianlar üçün müəyyən edilmiş kəndlər mütləq müsəlman yaşayan kəndlər olmalıdır. Əgər yeni erməni kəndləri yaratmaq vacibdirsə, onda erməniləri müsəlmanların kompakt yaşadığı kəndlərə köçürmək olar”.
5. 1813-1828-ci illərdə Azərbaycanın sahəsi 410 min kvadrat kilometr olmuşdur. Gülüstan və Türkmənçay müqaviləsindən sonra 280 min kvadrat kilometr Azərbaycan ərazisi İranın tərkibində qaldı.
1828-ci ildə 130 kvadrat kilometr Azərbaycan ərazisi Rusiya nəzarətinə keçdi.
6. 1905-ci ilin 6-9 fevralında Rusiya ərazisi daxilində Azərbaycan xalqının soyqırımı günləri başlamıqdır.
7. 1918-ci ilin 31 martından 20 sentyabra qədər bütün Zaqafqaziyada Azərbaycanlıların soyqırımı olmuşdur.
8. 1948-1953-cü illərdə 100 min azərbaycanlıların Qərbi Azərbaycandan (keçmiş İrəvan xanlığı ərazisindən) deportasiyası olmuşdur.
9. 1987-ci ilin 20-24 fevralında azərbaycanlılar Ermənistan SSR Qafan rayonundan qovuldu.
10. 1987-ci ilin 7 oktybrında Sov.İKP MK-nin siyasi bürosunun üzvü, SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əliyev ərizəsinə görə işdən azad olundu. Həmin gündən Sov.İKP-nın baş katibi M.S.Qorbaçovun gizli rəhbərliyi altında Qarabağın qara günləri başladı.
11. 1988-ci ilin 24 fevralında azərbaycanlılar Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonundan qovuldular və öldürüldülər.
12. 1988-ci ilin 28-29 fevralında ermənilər tərəfindən təşkil edilmiş Sumqayıt hadisəsi baş verdi.
13. 1988-ci ilin 6-7 sentyabrda erməni silahlı bandaları Xocalı şəhərinə və Kərkicahan kəndinə hücum edib din əhalisini qırdılar.
14. 1988-ci ilin 12 noyabrında Ermənistan SSR-nin Spitak (Hamamlı) rayonundan azərbaycanlıların öldürülməklə zorakılıqla deportasiyası oldu.
15. 1988-ci ilin 26-27 fevralında azərbaycanlıların Ermənistan SSR-nin Quqark (Pəmbək), Spitak (Hamamlı), Stepanavan (Calal oğlu) zorakılıqla deportasiyası oldu və 70 nəfər dinc əhali öldürüldü.
16. 1988-ci ilin 26 noyabr – 2 dekabr ərzində Ermənistan SSR-nin Quqark rayonunun Şaumyan (Almalı) sovxozunun azərbaycanlıların zorakılıqla qovulması və öldürülməsi olmuşdur. 13 nəfər öldürülmüşdür. Onların içərisindən 4 nəfərin meyidi öz həyatlarında yandırılmışdır. Böyük vətən müharibəsinin iştirakçısı, bir baldırını itirmiş Qərib kişini öz həyatında alma ağacına bağlamışlar, benzin töküb diri-diri yandırmışlar.
17. 1988-ci ilin 27 noyabrında Ermənistan SSR-nin Masis (Zəngibasar) bir nəfər kimi zorakılıqla qovulmuşdur.
18. 1988-ci ilin 28 noyabrında Ermənistan SSR-nin Stepanavan (Calaloğlu) şəhərindən və rayonundan azərbaycanlılar zorakılıqla qovulmuşdur. Hətta rayonun Gərgər kəndində kolxozun sağıçısı işləyən 4 nəfər qadın sağıcını öldürüb, meyidini yandırmışlar.
19. 1988-ci ilin 30 noyabrında Ermənistan SSR-nin Xrarat (Vedibasar) rayonunun Xalisa kəndinin azərbaycanlılar zorakılıqla qovulmuşlar.
20. 1988-ci ilin 7 dekabrında baş vermiş zəlzələ ilə əlaqədar olaraq Spitak (Hamamlı), Axuryan (Ağbaba), Quqark (Rəmbək) rayonlarında 40 nəfər azərbaycanlı həlak olmuşdur.
21. 1988-ci ilin 11 dekabrında Leninakan (Gümrü) üzərində Azərbaycandan köməyə gedən humanitar təyyarəsi İH-76 stinger raketi ilə vurulmuşdur. Orada olan 78 nəfərdən 77-si həlak olmuş, yalnız Fəxrəddin Balayev təsadüfi olaraq sağ qalmışdır.
22. 1988-ci ilin 13 dekabrında Spitak rayonu ərazisində uzunluğu 20 m, en dairəsi 1,5 m olan kanalizasiya tribasınva Leninakanın (Gümrünün) uşaq evində olan 23 azyaşlı azərbaycanlı olan yetim uşaqlıq diri-diri doldurularaq məhv edilmişdir. Onların cəsidlərini Fransadan gəlmiş xilasedicilər aşkar etmişlər. Həmin uşaq evindən olan 27 nəfər yuxarı sinifli şagirdlər naməlum yerə aparılmışdır. Bu günə qədər onlardan heç bir məlumat yoxdur.
23. 1989-cu ildə Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Kərkicahan kəndinin azərbaycanlı əhalisi ermənilər tərəfindən böyük faciəyə məruz qalmışdır.
24. 1989-cu ilin 12-14 iyulunda Azərbaycan SSR-nin DQMV Ağdərə (Martakert) rayonunun azərbaycanlı əhalisi faciəyə məruz qalmışdır.
25. 1989-cu ilin 18 avqustunda Naxçıvan Muxtar Respublikasının Qarcivan stansiyasında stinisan qatarı partladılmışdır.
26. 1989-cu ilin 16 sentyabrında Tbilisi-Bakı reysi həayta keçirən xüsusi avtobusu partladılmışdır.
27. 1989-cu ilin noyabr-dekabr aylarında Ermənistan SSR-nin Abovyan (Ellər) rayonunun (İrəvanın yaxınlığında) rayon xəstəxanasında müalicə olunan azərbaycanlıların 72 nəfər xəstəni aram-aram öldürüb hissələrə bölünüb bişirilmiş, onların bişmiş ətini İrəvanın heyvanxanasına göndərilmişdir. Bu barədə "İzvestiya” qəzeti 1990-cı ilin yanvar-fevral nömrəsində yazmışdır.
28. 1992-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR-nin Allahverdi (Tumanyan) rayonunun mis-mədən yataqlarında girov saxlanan 7-70 yaş arasında olan 100 nəfər azərbaycanlı öldürülmüşdür.
29. 1990-cı ilin 19 yanvarında Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun dinc azərbaycanlı əhalisi rus-erməni silahlıları tərəfindən kütləvi surətdə öldürülmüşdür.
30. 1990-cı ilin 20 yanvarında Azərbaycanda tərkibində erməni silahlı bandası olan Sovet ordusu Qanlı yanvar hadisəsini törətmişdir. 130 nəfər öldürülmüş, 700 nəfərdən çox yaralanmışdır.
31. 1990-cı ilin 24 martında Azərbaycanın Qazax rayonunun Aşağı və Yuxarı Əskipara, Boğanis-Ayrım kəndlərinin din əhalisinə qarşı ermənilər tərəfindən kütləvi terror həyata keçirilmişdir.
32. 1990-cı ilin 18 mayında Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda ermənilər tərəfindən "Qara-Ağac” əməliyyatı faciəsi oldu.
33. 1990-cı ilin 8 sentyabrında Xocavənd faciəsi baş verdi.
34. 1990-cı ilin 30 noyabrında Gədəbəy rayonunda dinc əhali güllələndi.
35. 1991-ci ilin 20 fevralında Xanlar (Göy-Göl) rayonunun "Çaykənd” qəsəbəsində hərbi əməliyyat həyata keçirildi.
36. 1991-ci ilin 8 avqustunda Ermənistan SSR-nin Meğri rayonunun azərbaycanlı Nüvədi kəndi ermənilər tərəfindən tutuldu.
37. 1991-ci ilin 18 noyabrında Azərbaycanın DQMV-nin Xocavənd rayonunun dinc əhalisinin kütləvi məhvi baş verdi.
38. 1991-ci ilin 20 noyabrında Azərbaycan aviasiyasının Mİ-8 vertalyotu Xocavənd rayonunun Qarakənd səmasında vuruldu. Azərbaycanın 37 nəfər dövlət və hökumət nümayəndələri həlak oldu.
39. 1991-ci ilin 26 dekabrında Azərbaycan SSR-nin Xankəndinin (Stepanakert) azərbaycanlı əhalisi qovuldu və öldürüldü.
40. 1992-ci ilin 26 yanvarında "Daşaltı əməliyyatı”nda 90-na qədər Azərbaycan hərbisi həlak oldu.
41. 1992-ci ilin 28 yanvarında Şuşadan Xocalıya uçan vertolyot ermənilər tərəfindən vuruldu. Vertalyotda olan bütün əhali həlak oldu.
42. 1992-ci ilin 11-17 fevralından başlayaraq erməni silahlı bandaları Azərbaycanın DQMV-nin Malıbəyli, Quşçular, Qaradağlı, Car kəndlərində terrora başladılar və əhalini qovaraq, insan itkilərinə məruz qoydular.
43. 1992-ci ilin 25-26 fevralından Azərbaycanın Xocalı şəhərinin 8 min əhalisini erməni silahlıları və Rusiyanın 366-cı alayının köməyi ilə soyqırımı etdilər və Xocalı şəhəri yer üzündən silindi.
44. 1992-ci ilin 8 mayında Azərbaycanın Şuşa şəhəri işğal edildi.
45. 1992-ci ilin 18 mayında Azərbaycanın Laçın rayonu işğal edildi.
46. 1992-ci ilin 2 noyabrında Xocavəndin dinc əhalisi güllələnərək qətlə yetirildi.
47. 1993-cü ilin 2 aprelində Azərbaycanın Kəlbəcər rayonu işğal edildi.
48. 1993-cü ilin 17 iyulunda Azərbaycanın Ağdərə rayonu işğal edildi.
49. 1993-cü ilin 23 iyulunda Azərbaycanın Ağdam rayonu işğal edildi.
50. 1993-cü ilin 23 avqustunda Azərbaycanın Füzuli rayonu işğal edildi.
51. 1993-cü ilin 26 avqustunda Azərbaycanın Cəbrayıl rayonu işğal edildi.
52. 1993-cü ilin 31 avqustunda Azərbaycanın Qubadlı rayonu işğal edildi.
53. 1993-cü ilin 28 oktyabrında Azərbaycanın Zəngilan rayonu işğal edildi.
54. 1987-1992-ci illərdə Qərbi Azərbaycandan ("Ermənistandan”) 250 min azərbaycanlı Sovet ordusunun köməyi də olmaqla deportasiya edildi. Onlardan: 744 nəfər öldürüldü, 1154 nəfər yaralandı, 197 nəfər əsir düşdü, 68 nəfər itkin düşdü.
55. 1987-1994-cü illər: Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Komitəsinin məlumatına əsasən 01 avqust 2013-cü ildə azərbaycanlıların itkin və əsir düşmüşlərin sayı 4035 nəfərdir. Onlardan 46 uşaq, 252 qadın, 353-ü qocalardır.
56. XX əsr ərzində 1,5 milyon azərbaycanlı və 2 milyondan çox türk soyqırımına məruz qalmışdır, yəni həlak olmuşlar.
57. Dünyanın 9 terror təşkilatları içərisində erməni terror təşkilatı 3-cü yeri tutur. 60 erməni terror dəstələri bütün vaxtlarda dünyanın hər yerində insan ölümü ilə məşğuldur.
Bütün bu faktlar gərək gələcək nəslin qan yaddaşında qalmalıdır.
Qoy xalqımızın yaddaşı əbədi yaşasın! Bütün dünya xalqlarına sülh və xoşbəxt həyat arzulayırıq.


Faktları topladı Yusif Qazıyev,
AMEA-nin A.A.Bakıxanov adına Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi (i.ə.)

Rauf Ilyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ