SON DƏQİQƏ

ATV-nin əməkdaşları karantinə alınıb?

Tarix:

20-05-2020, 16:00

/ 2 939 dəfə oxundu.
ATV-nin əməkdaşları karantinə alınıb?

Azad Azərbaycan" televiziyasının bütün əməkdaşlarının karantinə alınması barədə yayılan xəbərlər şayiədir.

Bunu açıqlamasında ATV-nin icraçı direktoru İsmayıl Həsənov deyib. O bildirib ki, hazırda iki əməkdaş karantindədir:

"ATV -nin iki əməkdaşının koronavirusla bağlı testinin ilkin nəticəsi pozitiv olub. Onlar hazırda karantindədirlər. İndi ikinci testin nəticəsini gözləyirik. İnşallah ki, bir həftəyə bu testin nəticələri çıxacaq və cavab neqativ olacaq. Bütün əməkdaşların karantinə alınması isə şayiədir. Həmin əməkdaşlarla ünsiyyətdə olan kollektiv üzvləri testdən keçiriləcək".

Qeyd edək ki, virusa yoluxan ATV-nin Xəbərlər Departamentinin əməkdaşı Mahmud Rövşənoğludur.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ