SON DƏQİQƏ
» » Ölkə başçısının siyasətinə müəllim mövqeyi

Ölkə başçısının siyasətinə müəllim mövqeyi

Tarix:

20-05-2020, 15:23

/ 1 385 dəfə oxundu.
Ölkə başçısının siyasətinə müəllim mövqeyi

Qəribədir: inkişaf, yüksəliş və tərəqqi ilə diqqət çəkən dünyamız son aylar təlatüm, təşviş içindədir. XXI əsrin qorxunc epidemiyasına çevrilən COVİD-19 milyonlarla insanın bu dəhşətli virusa yoluxmasına, minlərlə xəstənin dünyasını dəyişməsinə səbəb oldu.

Bəzi ölkə rəhbərlərinin Koronavirus epidemiyasına o qədər də önəm vermədiyi bir dönəmdə Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev böyük uzaqgörənliyi nəticəsində bir sıra qabaqlayıcı tədbirlər həyata keçirdi. İnsan sağlamlığı və rifahını hər şeydən üstün tutan ölkə başçımız hər kəsi evdə qalmağa, məsuliyyətli olmağa, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın verdiyi tövsiyələrə ciddi əməl etməyə dəvət etdi.

Həkimlərin, müəllimlərin, Daxili İşlər Nazirliyi əməkdaşlarının zəhmətinə yüksək dəyər verən İlham Əliyev "Biz birlikdə güclüyük!” deyərək hamını bir yumruq kimi birləşməyə çağırdı. Onun bu səmimi, hər kəs üçün narahatlığını əks etdirən təmiz duyğuları hamını mütəəssir etdi, ona olan sonsuz hörmət və ehtiramını daha da artırdı. Səhiyyə işçilərin və sosial sahədə çalışanların əmək haqqının dəfələrlə artırılması nikbin əhval-ruhiyyə üçün bir stimul oldu.

Xalqı özünə böyük dayaq hesab edən dövlət başçımız çətin gündə yalnız xalqının taleyini, güzəranını düşündü. İşsiz və müvəqqəti olaraq işindən məhrum olan altı yüz min insana hər ayda 190 manat olmaqla aprel və may ayları üçün yardım verilməsi buna əyani sübutdur. Bir illik maaşını Yardım fonduna ianə edən qeyrətli Vətən oğlu hər zaman xalqa dəstək olduğunu bir daha nümayiş etdirdi. Onun bu humanist, alicənab hərəkəti imkanlı və hətta imkansız şəxsləri belə yardım etməyə sövq etdi. Heydər Əliyev Fondunun, eləcə də ayrı-ayrı vətəndaşlarımızın şəxsi təşəbbüsləri ilə imkansız ailələrə göndərdikləri sovqatlar rəhbər və xalq birliyinin təcəssümünə çevrildi.

Təəssüf ki, xalqın belə çətin günündə onunla birlikdə olmaq əvəzinə öz şəxsi mənafeyini düşünən, ehtiyacı olan kasıbların malına göz dikən, rüşvət hesabına qanunsuz arayışlar verən, dövlətçiliyimizə kölgə salan icra başçılarımız, onların səlahiyyətli nümayəndələri də var. Belə şəxsləri xəyanətkar hesab edən Prezidentimiz haqlı olaraq onları öz vəzifələrindən uzaqlaşdırdı. Yoxsul təbəqənin haqqının, mənəviyyatının tapdalanması nəticəsində toplanan qalaq-qalaq pullar, sübhəsiz ki, heç kimə xoşbəxtlik gətirə bilməzdi.

Ümummilli lider, ulu öndər Heydər Əliyev kursunun ləyaqətli davamçısı olan cənab İlham Əliyev bu ağır günlərdə, həmişə olduğu kimi, yenə də xalqın yanında oldu, onun təhlükəsizliyini hər şeydən üstün tutdu. Bu müdrik, təqdirəlayiq yanaşma sayəsində ölkəmiz Koronavirus ilə mübarizədə az itkilərlə qarşılaşdı. Bütün bunlar bir daha göstərdi ki, lideri ağıllı, mübariz və humanist olan ölkə hər bir çətinliyə, sınağa mərdliklə sinə gərməyə qadirdir.

Uca Rəbbimiz ölkəmizi, onun başçısı və vətəndaşlarını daim qorusun və hifz etsin. Amin!

Ölkə başçısının siyasətinə müəllim mövqeyiBakı Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi

Rəfiqə Qurbanova

 

 

 

 

 

"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam”,bu sözləri öz şərəfli və möhtəşəm fəaliyyəti ilə doğma vətəninin və xalqının adını əlçatmaz zirvələrə ucaltmış ümummilli lider Heydər Əliyev daim qürur hissi ilə deyirdi. İndi də bu sözlər bütün Azərbaycan vətəndaşlarının ürəyində qürur hissi ilə səslənir.

Keçən dövr ərzində ümummilli lider Heydər Əliyev Azərbaycanın çiçəklənməsi yolunda həyata keçirdiyi siyasəti indi onun oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həyata keçirir.

Bu gün bütün dünya ölkələri çətin bir dövr yaşayır. Demək olar ki, bütün ölkələri COVİD-19 pandemiyası sarmışdır. Yenə də, Azərbaycan xalqı üçün bu çətin dövrdə, əsl rəhbər-Prezidentimiz İlham Əliyev ölkəmizi, xalqımızı bu bəladan qurtarmaq üçün qabaqlayıcı tədbirlər gördü. Bu qabaqlayıcı tədbirlər və onun nəticəsində əldə olunan nailiyyətlər bizim xalqımızı, o cümlədən məni sevindirməyə bilməzdi.İctimaiyyət tərəfindən Prezidentə ünvanlanan təşəkkür məktubları buna əyani sübutdur.

Mən də, Azərbaycanın pedaqoji kollektivinin bir üzvü, müəllim kimi, koronovirus pandemiyasına qarşı görülmüş və görülən uğurlu qabaqlayıcı tədbirlərə, həmçinin Azərbaycanın iqtisadi və siyasi arenada qazandığı uğurlara görə öz təşəkkürümü bildirmək istəyirəm. Bu tədbirlər nəticəsində, dünyanın inkişaf etmiş hesab olunan ölkələri ilə müqayisədə Azərbaycanda yoluxanların və ölənlərin sayının az olması, sağalan xəstələr danılmaz reallıqdır. Bununla bərabər ölkəmizdə mütəmadi olaraq açılan müasir xəstəxanalar, onların müasir avadanlıqlarla təchiz edilməsi və indi də tikilən modul tipli xəstəxanalar bu pandemiyanın qarşısının alınmasında atılan mühüm addımlardandır.

Məhs Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Səhiyyəsinə və təhsilinə ayrılan xüsusi diqqət öz bəhrəsini indi dəverməkdədir. Şəxsən onun təşəbbüsü ilə Respublikamızda və dünyanın qabaqcıl universitetlərində hazırlanmış tibb işçiləri bu virusa qarşı mübarizədə fədakarlıq göstərir, nailiyyətlər əldə edirlər. Prezidentimizin göstərişi ilə Sumqayıtda açılan müəssisədə tikilən tibbi maskalar və digər tibbi ləvazimatlar ölkə səhiyyəsinin və əhalisinin tələbatının tam ödənilməsinə şərait yaratmışdır. Bu tibbi ləvazimatlar nəinki ölkədə istifadə olunur, həmçinin digər ölkələrə də yardım kimi göndərilir. Bir çox ölkələr bu gözə görünməz düşmənə qarşı mübarizədə Azərbaycanın təcrübəsindən və yardımından faydalanırlar.

Dünyada tüğyan edən koronavirus pandemiyası bir çox ölkələrin iqtisadiyyatına böyük ziyan vurmuşdur. Bunun nəticəsində bir çox müəssisələr öz fəaliyyətini dayandırmışdır, nəticədə büdcəyə daxil olmalar da azalmışdır.

Belə bir vəziyyətdə Cənab Prezident öz böyüklüyünü və humanistliyini yenə də göstərdi. Onun təşəbbüsü ilə maddi durumu çətin olan altı yüz min insana iki ay ərzində yüz doxsan manatlıq yardım edildi. Bununla bərabər maddidurumu nisbətən çətin olan tələbələrin ödəniş haqqını iki semestr ərzində dövlət hesabına ödənilməsi haqda göstəriş verdi. Bu, sosial sferada görülən tədbirlərdən bəziləridir.

Görülən bu tədbirlər məni də sevindirir. Bir müəllim, ziyalı kimi mən bunları görməyə, hiss etməyə bilmərəm. Bütün bunlara görə mən Prezidentimizə öz dərin minnətdarlığımı bildirirəm. 

Ölkə başçısının siyasətinə müəllim mövqeyiBakı Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi

Faiq Xalıqov

 

 

 

 

 

 

 

Dünyanın, eləcə də ölkəmizin yeni nəsil COVİD-19virusuna (koronavirus pandemiyası) düçar olduğu günlərdə prezidentimizin qətiyyətlə və iradə ilə xalqımızın sağlamlığını düşünməsi, vətəndaşlarımızın səhhətini qoruması millətimiz tərəfindən yüksək qiymətləndirilir. Ölkə rəhbərinin sayəsində Azərbaycan dövləti son illərdə bütün sınaqlardan müvəffəqiyyətlə çıxıb. Dövlətimiz ulu öndər Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlər qazanmışdır. Xüsusi karantin günlərində dövlətimizin inkişafı və xalqımızın rifahı naminə qəbul edilən qərarlar, atılan addımlar hər bir azərbaycanlının xoşbəxt gələcəyi üçün düşünülüb. Xüsusən, karantin rejimində yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara sosial xidmət üçün könüllülərin cəlb edilməsi təqdirəlayiqdir.Şəxsən mən də bu könüllülər dəstəsinə qoşulmuşam.Tənha yaşayan və yardıma ehtiyacı olan insanlara bu cür şəraiti yaratdığı üçün Ali Baş Komandana dərin təşəkkürümü bildirirəm. Sosial durumu aşağı olan işsiz təbəqənin maddi durumunu nəzərə alaraq 190 azn-lik birdəfəlik sosial yardımın təyin edilməsi, vətəndaşlara Heydər Əliyev Fondunun nəzdində RİİB-nin ərzaq yardımının edilməsi əhalinin bu çətin günlərdə vəziyyətinin yaxşılaşmasına zəmin yaratmışdır.

Pandemiya dövründə təhsilalanların və təhsilverənlərin sağlamlığını əsas tutaraq, tədris prosesinin dayandırılması,virtual dərslərin tətbiqi, teledərslərin və onlayn dərslərin təşkili də diqqətəlayiqdir. Bir təhsil işçisi olaraq bu istiqamətdə atılan addımlara, xalqımıza göstərilən diqqət və qayğıya görə cənab Prezidentə minnətdaram.

Biz birlikdə güclüyük! 

Ölkə başçısının siyasətinə müəllim mövqeyiDərin hörmətlə, Bakı Dövlət Sosial-İqtisadi Kollecinintyutoru, Sabunçu rayon Yeni Azərbaycan Partiyasının və Bakıxanov Bələdiyyəsinin üzvü

Fidan Quluyeva

 

 

 

 

 

 

Hörmətli Prezidentimizin ölkəmizə rəhbərlik etdiyi ilk günlərdən bu zamana kimi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini layiqincə davam etdirməsi, yeniləşən dünyanın daim dəyişən tələblərinə uyğun hazırladığı mütərəqqi ideyaları sayəsində dövlətimiz dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Cənab Prezidentimizin bu yorulmaz fəaliyyəti qədirbilən xalqımız tərəfindən böyük qürur hissi ilə qarşılanır.

Hazırda dünyada koronavirusla mübarizə aparıldığı bir vaxtda ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər yüksək səviyyədə icra edilir. Ölkə başçısının uzaqgörən siyasəti həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaratmışdır. İnanıram ki, COVİD-19 virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün görülən bütün bu tədbirlər nəticəsində ölkəmiz pandemiya sınağından layiqincə çıxacaq. Bu çətin şəraitdə işsiz vətəndaşlara 190 AZN birdəfəlik müavinətlərin təyin edilməsi də təqdirəlayiqdir. Rəhbərliyin verdiyi hər bir qərarda yüksək humanizm prinsiplərinə sədaqəti özünü göstərir.

Əhalinin hər bir təbəqəsinə göstərilən böyük diqqət və qayğı təhsil sahəsindən də yan keçməmişdir. Pandemiyanın geniş yayıldığı bir zamanda, sosial təcridin zəruri olduğu bir dönəmdə təhsil sahəsinə dair qərarların nəticəsində həm təhsil işçiləri, həm də təhsilalanlar fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirirlər.

Bütünistiqamətlərdə atılan addımlara,əhalinin sağlamlığının qorunması istiqamətində görülən operativ işlərə, xalqımıza göstərilən diqqət və qayğıya görə mən də ölkə ziyalısı kimi Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Xalqımızın rifahı və dövlətimizin firavanlığı naminə görülən bu çətin və məsuliyyətli işində uğurlar arzu edirəm. Əminəm ki, bu gün hər birimiz ölkə başçısının "Biz birlikdə güclüyük!"şüarı ətrafında birləşərək, çox yaxın zamanda koronavirusa birlikdə qalib gələcəyik.

Ölkə başçısının siyasətinə müəllim mövqeyiDərin hörmətlə,

Bakı Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri

Xanım Məmmədova

 


 

 


 


скачать dle 12.1

Şərhlər