SON DƏQİQƏ

Redaksiyanın poçtuna gələn MÜRACİƏTLƏR

Tarix:

15-05-2020, 17:56

/ 1 462 dəfə oxundu.
Redaksiyanın poçtuna gələn MÜRACİƏTLƏR


 

 Möhtərəm Prezident!

Redaksiyanın poçtuna gələn MÜRACİƏTLƏRÖlkəmizə rəhbərlik etdiyiniz ilk günlərdən bu zamana kimi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətini layiqincə davam etdirməyiniz, yeniləşən dünyanın daim dəyişən tələblərinə uyğun hazırladığınız mütərəqqi ideyalarınız sayəsində dövlətimiz dünya ölkələri içərisində öz layiqli yerini tutmuşdur. Bütün bu yorulmaz fəaliyyətiniz qədirbilən xalqımız tərəfindən böyük qürur hissiilə qarşılanır.

 

Cənab Prezident, hazırda dünyada koronavirusla mübarizə aparıldığı bir vaxtda ölkəmizdə pandemiyanın geniş yayılmasının qarşısının alınması istiqamətində tədbirlər yüksək səviyyədə icra edilir. Sizin uzaqgörən siyasətiniz həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində xalqımızın bu bəladan az itkilərlə çıxmasına zəmin yaratmışdır. İnanıram ki, COVİD-19 virusunun Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün gördüyünüz bütün bu tədbirlər nəticəsində ölkəmiz pandemiyadan da layiqincə çıxacaq. Bu çətin şəraitdə işsiz vətəndaşlara 190 AZN birdəfəlik müavinətlərin təyin edilməsidə təqdirəlayiqdir. Verdiyiniz hər bir qərarda yüksək humanizm prinsiplərinə sədaqətiniz özünü göstərir.
Əhalinin hər bir təbəqəsinə göstərdiyiniz böyük diqqət və qayğı təhsil sahəsindən də yan keçməmişdir. Pandemiyanın geniş yayıldığı bir zamanda, sosial təcridin zəruri olduğu bir dönəmdə təhsil sahəsinə dair qərarlarınızın nəticəsində həm təhsil işçiləri, həm də təhsil alanlar fəaliyyətlərini müvəffəqiyyətlə davam etdirirlər.
Bütün istiqamətlərdə atdığınız addımlara, əhalinin sağlamlığının qorunması istiqamətində görülən operativ işlərə, xalqımıza göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Sizə sarsılmaz inamımı və birmənalı dəstəyimi ifadə edir, xalqımızın rifahı və dövlətimizin firavanlığı naminə gördüyünüz bu çətin və məsuliyyətli işinizdə uğurlar arzu edirəm. Əminəm ki, bu gün hər birimiz Sizin "Biz birlikdə güclüyük!" şüarınıza qoşularaq çox yaxın zamanda koronavirusa birlikdə qalib gələcəyik.

Dərin hörmətlə,

Bakı Dövlət Sosial-İqtisadi Kollecinin şöbə müdiri Xanım Məmmədova

 

 Möhtərəm Prezident!

Redaksiyanın poçtuna gələn MÜRACİƏTLƏRBu gün dünyaın çox böyük bir bəla ilə qarşı-qarşıya qaldığının şahidiyik. Dünyada qlobal pandemiya qəbu olunan COVİD-19 infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək məqsədilə atdığınız addımlar, gördüyünüz təxirəsalınmaz tədbirlər, ən əsası Sizin çağırışınız ətrafında xalqımızın həmrəyliyə dəvət olunması çox mühüm təşəbbüs və addımlardan oldu.

Çox hörmətli cənab Prezident! Bu xəstəliklə mübarizə məqsədilə Sizin tapşırığınıza əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması, "Yeni klinika” tibb müəssisəsinin və Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılması, o cümlədən sosial qayğıya ehtiyacı olan vətəndaşlarımıza maddi yardımların göstərilməsi, Sizin bu sahədəki siyasətinizin qətiyyətli və davamlı olmasının göstəricisidir.

Cənab Prezident, siz hər zaman vətəndaşların yanında olub, onların sevincinə də, kədərinə də şərik çıxırsınız. Biz bir xalq olaraq inanırıq ki, Sizin rəhbərliyinizlə bu çətin günlərdən alnıaçıq çıxacağıq.

Azərbaycanxalqı xoşbəxt xalqdır ki, Sizin kimi müdrik, uzaqgörən Prezidenti var. Allah bu çətin işlərdə Sizin yardımçınız olsun.

Allah sizi qorusun!

Biz birlikdə güclüyük!

Dərin hörmətlə, Bakı Dövlət Sosial- İqtisadi Kollecinin metodisti Sveta Behbudova

 

 

 Möhtərəm Prezident!

Redaksiyanın poçtuna gələn MÜRACİƏTLƏR"COVİD-19” virusunun dünyada böyük bir bəlaya çevrilməsi ölkəmizdən də yan keçmədi. Koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, əhalinin sağlamlığının qorunması üçün Prezidentimiz vaxtında lazımi tədbirlər gördü. Prezident İlham Əliyev cənablarının vaxtında atdığı addımlar əhali tərəfindən də rəğbətləqarşılandı. Ocümlədən biz də bir vətəndaş olaraq Prezidentimizin bu addımlarını bəyənirik, onun göstərdiyi qaydalara əməl etməyə çalışırıq.

Cənab prezident, Sizin bu çətin zamanda xalqımızın xilas olması üçün göstərdiyiniz diqqət və qayğı bizi sevindirir, Sizin həmişə xalqla bir yerdə olmağınız bizi daha da ruhlandırır. Biz fəxr edirik ki, Prezidentimiz həmişə xalqının qayğısına qalır və xalqını qoruyur. Biz Sizə inanırıq və Sizi dəstəkləyirik.

Allah Sizi və ailənizi qorusun!

Həqiqətən də biz birlikdə güclüyük!

Bakı Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Şövkət Əliyeva


 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ