SON DƏQİQƏ

Redaksiyanın poçtuna gələn MÜRACİƏTLƏR

Tarix:

13-05-2020, 16:51

/ 1 607 dəfə oxundu.
Redaksiyanın poçtuna gələn MÜRACİƏTLƏR


 

 Möhtərəm cənab Prezident!

Bütün dünyanı təşvişə salan Koronavirus bəlası (covid-19) pandemiyasının Azərbaycana gözlənilmədən gəlməsinə baxmayaraq, uzaqgörən, müdrik, humanistlik, ləyaqət nümayiş etdirən, daxili və xarici siyasətinizlə digər dövlətlərə nümunə olan, hər an xalqını, Vətənini düşünən, bütün gücünü xalqdan alıb, "Biz birlikdə güclüyük” şüarı ilə Azərbaycanı vaxtında qoruyan, dünyaya nur saçan bir lidersiniz.

Bunu gecəli-gündüzlü gərgin əməyinizin bariz nümunəsində aydın şəkildə hiss edirik. Bu çətin anda aztəminatlı və qayğıya ehtiyacı olan, həssas insanlarla bərabər biz müəllim və tələbələrə göstərdiyiniz diqqət və qayğı bir atanın övladına göstərdiyi nəvazişdir.

Hörmətli Cənab Prezident! Biz Sizinlə fəxr edirik. İnanırıq ki, Bəşəriyyət tezliklə bu bəladan xilas olacaq. Bu çətin günlərdə Siz xalqımıza dayaq olduğunuz kimi, xalqımız da Sizə güvənir və inanır. Allah Sizi və ailənizi qorusun!

Dünyaya nur saçan mətin lidersən,

El-oba danışır şücaətindən.

İti ağlın, zəkan, dərrakən ilə,

Vaxtında qorudun Azərbaycanı.

"Bir yerdə güclüyük” şüarın ilə!

 

Bakı Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Gülxənda Bağırova

 

 

Cənab Prezident!

Azərbaycanın Pedaqoji kollektivinin bir üzvü, müəllim kimi, Azərbaycan vətəndaşı kimi Sizə, Koronavirus pandemiyasına qarşı görülmüş və görülən uğurlu qabaqlayıcı tədbirlərə, həmçinin Azərbaycanın iqtisadi və siyasi arenada qazandığı uğurlara görə öz təşəkkürümü bildirmək istəyirəm. Bu tədbirlər nəticəsində , dünyanın inkişaf etmiş hesab olunan ölkələri ilə müqayisədə Azərbaycanda yoluxanların və ölənlərin sayının az olması, sağalan xəstələr danılmaz reallıqdır. Bununla bərabər ölkəmizdə mütəmadi olaraq açılan müasir xəstəxanalar, onların müasir avadanlıqlarla təchiz edilməsi və indi də tikilən modul tipli xəstəxanalar bu pandemiyanın qarşısının alınmasında atılan mühüm addımlardandır.

Şəxsən Sizin təşəbbüsünüzlə Azərbaycan Səhiyyəsinə və Təhsilinə ayrılan xüsusi diqqət öz bəhrəsini indi də verməkdədir. Məhs Respublikamızın və şəxsən Sizin təşəbbüsünüzlə dünyanın qabaqcıl universitetlərində hazırlanmış tibb işçiləri bu virusa qarşı mübarizədə fədakarlıq göstərir, nailiyyətlər əldə edirlər. Sizin rəhbərliyinizlə Sumqayıtda açılan müəssisədə tikilən tibbi maskalar və digər tibbi ləvazimatlar ölkə səhiyyəsinin və əhalisinin tələbatının tam ödənilməsinə şərait yaratmışdır. Bu tibbi ləvazimatlar nəinki ölkədə istifadə olunur, həmçinin digər ölkələrə də yardım kimi göndərilir. Bir çox ölkələr bu gözə ğörünməz düşmənə qarşı mübarizədə Azərbaycanın təcrübəsindən və yardımından faydalanırlar.

Dünyada tüğyan edən koronavirus pandemiyası bir çox ölkələrin iqtisadiyyatına böyük zərər vurmuşdur. Bunun nəticəsində bir çox müəssisələr öz fəaliyyətini dayandırmışdır. Belə bir vəziyyətdə büdcəyə daxil olmalar da azalmışdır.

Cənab Prezident, belə bir vəziyyətdə Siz öz böyüklüyünüzü və humanistliyinizi yenə də göstərdiniz. Maddi durumu çətin olan altı yüz min insana iki ay ərzində yüz doxsan manatlıq yardım etdiniz. Bununla bərabər maddi durumu nisbətən çətin olan tələbələrin ödəniş haqqını iki semestr ərzində dövlət hesabına ödənilməsi haqqında göstəriş verdiniz. Bu, sosial sferada Sizin gördüyünüz tədbirlərdən bəziləridir.

Cənab Prezident, Ölkəmizin, Xalqımızın naminə Sizin gördüyünüz bu tədbirlər məni də sevindirir. Bir müəllim, ziyalı kimi mən bunları görmüyə, hiss etmiyə bilmirəm. Bütün bunlara görə mən Sizə öz dərin minnətdarlığımı bildirirəm.

 

Bakı Dövlət Sosial-İqtisadi Kollecinin müəllimi Faiq Xalıqov


 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ