SON DƏQİQƏ
» » Mübariz Mənsimovun saxlanılması ilə bağlı yeni detallar

Mübariz Mənsimovun saxlanılması ilə bağlı yeni detallar

Tarix:

16-03-2020, 11:12

/ 1 887 dəfə oxundu.
Mübariz Mənsimovun saxlanılması ilə bağlı yeni detallar

Mübariz Mənsimovun həbs olunması xəbəri həqiqəti əks etdirmir. O, İstanbul polisi tərəfindən dindirilmək üçün saxlanılıb.
Bu sözləri açıqlamasında azərbaycanlı jurnalist Fuad Abbasov deyib.
"Mənsimov bazar günü səhər saatlarında saxlanılıb. Evində və iş yerində axtarış aparılıb. Mənsimov hazırda axtarış zamanı polisin əlinə keçən bəzi materiallar əsasında dindirilir. İstanbul məhkəməsi tərəfindən Mənsimova qarşı həbs qətimkan tədbiri seçilməyib. Bu prosses 4 gün ərzində davam edə bilər. Bu müddət bitdikdən sonra işin məhkəməyə çıxarılacağı gözlənilir”, - deyə Abbasov qeyd edib.
O, həm də İstambul əmniyyət müdürliyi ilə yaxın əlaqələri olan türk mətbuatında bu səhər çıxan məlumatlara da diqqət çəkib:
"Türkiyənin bəzi media qurumları yazır ki, Mübariz Mənsimovun FETO teror qruplaşmasının Rusiyadakı təmsilçiləri ilə yaxın əlaqələri olub. Məlumatda, həmçinin, Mənsimovun bu şəxslərlə tez-tez telefon danışıqları, birgə səyahətləri olduğu iddia olunur. Bunlar hamısı iddia olaraq qalır. Hər şey məhkəmənin qərarından sonra bilinəcək”, - deyə Abbasov qeyd edib

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ