SON DƏQİQƏ
» » Aprel döyüşçümüzün nəşini dəfnə belə apardılar - Video

Aprel döyüşçümüzün nəşini dəfnə belə apardılar - Video

Tarix:

11-02-2020, 15:23

/ 1 264 dəfə oxundu.
Aprel döyüşçümüzün nəşini dəfnə belə apardılar - Video

Hazırda Aprel döyüşlərinin iştirakçısı, mərhum qazi Qoşqar Hacıyevlə vida mərasimi keçirilir.

GunAz.az xəbər verir ki, bu barədə tanınmış jurnalist, Qarabağ müharibəsi veteranı Rey Kərimoğlu məlumat verib.

Heydər Əliyev Məscidində baş tutan mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, şəhid ailələri, qazilər və ölkənin tanınan şəxsləri iştirak edir.

Mərhum Qoşqar Hacıyevlə vida mərasimi saat 15.00-da başa çatacaq.

Qeyd edək ki, qəhrəman döyüşçü, mərhum qazi Qoşqar Hacıyev fevralın 10-da gecə saatlarında "Ege hospital"da dünyasını dəyişib.

***

Heydər Əliyev Məscidində Qoşqar Hacıyevlə vida mərasimindən sonra şəhidin nəşi Xırdalan qəbiristanlığında dəfn olunmaq üçün oradan götürülüb.

Şəhidin dostları və silahdaşları dəfnə Azərbaycan bayraqları və Qoşqar Hacıyevin şəkilləri ilə bəzədilmiş 150-yə yaxın avtomobillə gedib.

Yol boyu bir-birini izləyən avtomobillərin hamısından üç rəngli Azərbaycan bayrağı dalğalandırılıb.

https://youtu.be/MIsCkNfyMrw

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ