SON DƏQİQƏ
» » Sahil Babayevdən NARAZILIQ-HƏRBİÇİLƏR İMZA TOPLAYIR

Sahil Babayevdən NARAZILIQ-HƏRBİÇİLƏR İMZA TOPLAYIR

Tarix:

8-02-2020, 08:38

/ 3 039 dəfə oxundu.
Sahil Babayevdən NARAZILIQ-HƏRBİÇİLƏR İMZA TOPLAYIR

"Bu nə özbaşınalıq və saymazyanalıqdır siz edirsiniz?!"
Əziz dostlar! Hörmətli həmkarlar!
Dünəndən virtual və real dostluğumda olan-xidmətdə və ehtiyatda olan hərbçi dostlarımız pensiya və təqaüdlərin indeksləşdirilməsi ilə bağlı ölkə başçısının verdiyi sərəncamla bağlı çoxlu suallar ünvanlayırlar. Xidmətdə olan dostlar o dostlardır ki, artıq ehtiyata çıxıblar, amma yenə də özlərinə güc strukturlarının, və ya digər qurumların ayrı-ayrı sahələrində iş yeri tapıblar və onlara da maraqlıdır ki, bu "indeksləşdirmə" onlara şamil olunacaq, ya yox?
Bəri başdan deyim ki, əslində bu sərəncam bizlərə-güc strukturlarının pensiya və təqaüd alan şəxslərinə də şamil olunmalıdır. Təəssüflər olsun ki, bizim bəzi "ağıllı başlar" hələ ki, özfəaliyyətlə məşğuldurlar. Bunun da sonu olmalıdır və mütləq olacaq.
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri prezidentin verdiyi Sərəncamla bağlı gözləri işıldıya-işıldıya çox məsələlərə toxundu. Amma, sadə insanların marağına səbəb olan bəzi özlərinə sərf etməyən ciddi məsələlərin üstündən sükutla keçdi.
Adama deyərlər ki, axı sənin vəzifənin adı SOSİAL MÜDAFİƏ məsələlərə cavabdeh şəxsən. Sual edirəm bu cavan oğlana: guya sənin özün və ətrafın şəxsən mənim yazdığım ƏRZAQLA BAĞLI Silahlı Qüvvələrin şəxsi heyətinin, konkret olaraq zabit və gizirlərin, MAXE-lərin problemini görmürsünüz? Ya Sizə sərf eləmir bu məsələ?!
Gələn həftə biz Sizə və əlaqədar vəzifəli şəxslərə sübut edəcəyik ki, sizin çoxunuz tutduğunuz vəzifələrə səhlənkar yanaşırsınız. Əvvəl Nazirlər Kabinetində, sonra isə mənim iştirakım olmadan, ƏƏSMN-də görüş baş tutacaq və bu məsələ qısa bir müddətdə həllini TAPMALIDIR və TAPACAQ.
12 ildir ki, Siz ölkə başçısının ərzaqla bağlı imzaladığı və qüvvədə olan Sərəncamında göstərilən tapşırığı hələ də yerinə yetirməmisiniz. Yəni, aparmalı olduğunuz o İNDEKSLƏŞMƏNİ hələ də etməmisiniz və buna görə istər Nazirlər Kabinetində, istərsə də ƏƏSMN-də kimlərsə cavab verməlidir.
Sual edirəm "ağıllı" nazirlərə və vəzifəli şəxslərə: 64 manata dünyanın hansı ölkəsində öz zabitinə və ya hərbi qulluqçusuna ərzaq əvəzinə pul kompensasiyası verilir? Əgər ölkədə yaşayış üçün minimum ərzaq səbətinin qiyməti artıq 170-300 manat civarındadırsa, bu nə özbaşınalıq və saymazyanalıqdır siz edirsiniz?! Sizə kim icazə və ixtiyar verib ki, 12 ildir ki, heç bir indeksləşmə aparmamaq bir yana, hətta Nazirlər Kabinetinin Qərarını özünüz bildiyiniz kimi yerinə yetirəsiniz?!
Xahiş və tələbimiz budur ki, QISA MÜDDƏTDƏ bu məsələ həllini tapmalıdır.
Gələn həftənin ortalarında, biz əvvəl 10 nəfər zabit yoldaşlar, Nazirlər Kabinetində hərbi şöbədə görüş alacağıq və məsələnin Baş nazir tərəfindən təcili həlli üçün narahatçılığımızı bildirəcəyik. Daha sonra, fevral ayı ərzində biz bu məsələnin həlli istiqamətində Baş nazirin özü və ya bu sahəyə cavabdeh şəxs və ya şəxslərlə görüş tələb edəcəyik. Daha sonra isə, əgər tələb və xahişlərimiz nəzərə alınmayacaqsa, böyük bir heyətlə biz Prezident Adminstrasiyasında hərbi məsələlər üzrə məsul şəxs olan general-polkovnik Məhərrəm Əliyevin özünə Ali Baş Komandana məruzə olunması üçün müraciət təqdim edəcəyik. İndi hərbçilər-istər xidmətdə olanlar, istərsə də ehtiyatda və istefada olan insanlar bir az abırlarına qısılıb danışmırlar, tələb etmirlər deyə, belə özbaşınalıqmı olar? O ödənilməli pulllar kiminsə şəxsi vəsaiti deyil və bizə kiminsə "podaçkası" lazım deyil. Halal dövlət büdcəsindən ayrılmış vəsaitdir, ödəyin, söhbət bağlansın.
"Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" Azərbaycan Respublikası prezidentinin sərəncamına görə, bütün növ əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun olaraq 16,6 faiz, fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı istehlak qiymətləri indeksinin ötən ilki səviyyəsinə müvafiq surətdə 2,6 faiz artımla indeksləşdirilb.
Buna uyğun olaraq da pensiya və təqaüdlərimiz tez bir zamanda İNDEKSLƏŞDİRİLMƏLİDİR. 
Tanrı Azərbaycanımızı qorusun!
P.S. Dostluğumda olan və olmayan, hərbçi ailələrini özünə yaxın bilən hər kəsdən bu qeydlərimi paylaşmalarını xahiş edirəm. Təşəkkür edirəm.
Üzeyir CəfərovSahil Babayevdən NARAZILIQ-HƏRBİÇİLƏR İMZA TOPLAYIR
Hərbi ekspert
Ehtiyatda olan polkovnik-leytenant
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ