SON DƏQİQƏ
» » Bol məhsul götürmək üçün nə etmək lazımdır? - VİDEO

Bol məhsul götürmək üçün nə etmək lazımdır? - VİDEO

Tarix:

6-02-2020, 20:44

/ 1 831 dəfə oxundu.
Bol məhsul götürmək üçün nə etmək lazımdır? - VİDEO

Əkinçilikdə fermerlərin ən böyük problemlərdən biri ya toxumun və ya əkin zamanı istifadə edilən preparat və gübrələrin keyfiyyətsizliyidir. Bu sahənin mütəxəssisləri isə bildirir ki, əslində problem toxum vəya gübrələrdə yox onların təyinatı üzrə düzgün istifadə edilməməsindədir.

Fermer əkdiyi məhsuldan yaxşı gəlir əldə edə bilmirsə bunun bir başa səbəbi onun etdiyi səhvlərlə bağlıdır.

Ölkəyə ən böyük pestisid və gübrə gətirən şirkətin rəhbəri Əkbər Səfiquliyev sözlərinə görə, məhsul əkilməzdən öncə və əkildikdən sonra xüsusi qulluq tələb edir. Bu isə vaxtında edilmədikdə nəticə gözlənilən kimi olmur.

Qida təhlükəsizliyi agentliyinin şöbə müdiri Xəyalə Dadaşova bildirir ki, fermerlər əvvəllər əkdikləri məhsula onun yetişmə müddəti ərzində 3-4 dəfə dərmanlama edirdilər. Vacib məqam düzgün və yerində istifadədir. Ölkəyə gətirilənpestisitgübrələrin hər biri nəzarətdən keçirilir və bundan sonra istifadəyə buraxılır.

Ümumiyyətlə sahələr üçün dərmanların qiyməti 5 manatdan başlayır və bir qutu dərman təxmini 2 hektar əraziyə bəs edir. Eyni zamanda alınan hər bir dərman vasitəsinin keyfiyyətinə dair sərtifikatı da tələb olunmalıdır.

Yaxşı məhsul almaq üçün vacib rolu toxum da oynayur. İllərdir bu sahə ilə məşğul olan Samir Verdiyevin sözlərinə görə, toxumun məhsuldar olması üçün bəzi məqamlara fikir verilməlidir.

Samir Verdiyev həmçinin bildirib ki, əvvəllər ölkəmizədə daha çox dəmyə şəraitində əkilən, gec yetişən toxumlar istehsal edilirdi. Amma son dövrələr suvarmada olan problemlərə və toxumların isti hava şəraitinə dözümsüzlüyünə görə, daha erkən yetişən toxumlara maraq artırıb. Ölkəmizdə hazırda daha çox elita adlandırılan toxum sortlarından istifadə edilir.

https://youtu.be/EjVr9VQ2adM

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ