SON DƏQİQƏ
» » 3 il ərzində ölkənin bütün avtobus parkı tam yenilənəcək - VİDEO

3 il ərzində ölkənin bütün avtobus parkı tam yenilənəcək - VİDEO

Tarix:

5-02-2020, 21:13

/ 1 808 dəfə oxundu.
3 il ərzində ölkənin bütün avtobus parkı tam yenilənəcək - VİDEO

Gələn ay Bakıya brayl əlifbasıyla təmin olunan 100 taksi gətiriləcək. Ümumilikdə isə 2023-cü ilin sonuna kimi ölkədəki avtobus parkı tam yenilənəcək. Bu yenilənmədə sahibkarlar dəstək olmaq üçün köhnə avtobuslar utilizasiya ediləcək.

Yaxın 3 il ərzində ölkənin bütün avtobus parkı yenilənəcək…

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarovanın sözlərinə görə, 2018-ci ildə aparılan təhlillər zamanı məlum olub ki, ümumilikdə sərnişindaşımada istifadə edilən avtobusların 77 faizinin istismar müddəti 10 ildən çoxdur. Elə həmin il avtobus parkının yenilənməsinə dair tələblərin icrası ilə bağlı işçi qrup yaradılıb və görülən tədbirlər nəticəsində bu rəqəm 67 faizə endirilib.

Avtobus parkının yenilənməsi daşıyıcılar qarşısında radikal tələblərin qoyulması ilə deyil, onlara dəstək göstərilməsi yolu ilə həyata keçiriləcək. Buradakı ən önəmli addım avtobusların utilizasiyası olacaq. Çünki, sahibkarın köhnə avtobusları satması üçün areal yoxdur.

Bu il Sumqayıt və Abşerondan Bakıya gələn avtobuslar da yenilənmə olacaq. Eləcə də bu istiqamətlərdə yeni marşrut xətləri açılacaq. Daşıyıcılar qarşısında yeni cəlb olunacaq bütün avtobuslarda pandusların və görmə məhdudiyyətli şəxslər üçün brayl əlifbasının olması şərti qoyulub. Gələn ay paytaxta bu tələblərə cavab verən 100 yeni taksi də gətiriləcək.

Yaxın vaxtlarda Qax, Masallı, Lənkəran və Astaraya da gecə reysləri açılacaq. Ölkədə avtobus parkının yenilənməsi isə 2023-cü ildə tam başa çatdırılacaq.

https://youtu.be/cENhf7O-8HA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ