SON DƏQİQƏ
» » Evlilik: İki Insanın, Yoxsa Iki Dünyanın Birləşməsi?

Evlilik: İki Insanın, Yoxsa Iki Dünyanın Birləşməsi?

Tarix:

28-09-2019, 20:30

/ 1 377 dəfə oxundu.
Evlilik: İki Insanın, Yoxsa Iki Dünyanın Birləşməsi?

Evlilik ilk baxışda iki insanın birləşməsidir. Halbuki burada nəzərdən qaçırdığımız bir məqam da var. Bu da evlilikdə təkcə iki insanın yox, iki dünyanın birləşməsidir. Təbii ki, bu dünyaya tərəflərin xarakterləri, vərdişləri, arzuları, istəkləri və s. daxildir.

Əgər bir tərəf qarşı tərəfin bu cəhətlərini görməzliyə vurarsa, səhvə yol vermiş və aralarındakı ünsiyyətə zərbə vurmuş olar. Məsələn, ad günlərini və ya əlamətdar günləri götürək. Sizin həyatınızda bu günlər çox vacib bir yer tutduğu halda, qarşı tərəf üçün elə ciddi bir məna kəsb etməyə bilər. Belə vəziyyətlərdə siz məsələyə təkcə öz pəncərənizdən baxmamalı və ya həyat yoldaşınızı tənqid etməyə çalışmamalısınız. Əks halda, ailənizdə mənasız söz-söhbətlərin əsasını qoymuş olarsınız.


Digər tərəfdən, tərəflərin uyğunlaşması üçün müəyyən vaxta ehtiyac var. Əks halda, təzyiqlər və ya tənqidlərlə heç bir nəticəyə nail ola bilməz, əksinə bir-birinizi daha çox zərbə altında qoymuş olarsınız. Buna görə də, əgər həyat yoldaşınızla uyğunlaşmaq istəyirsinizsə, ilk növbədə qarşı tərəfin də öz dünyası olduğunu qəbul edin. Başqa sözlə, öz dünyanıza hörmətlə yanaşdığınız kimi, onun da dünyasına hörmətlə yanaşın.

Digər tərəfdən, istər öz dünyanızı, istərsə də onun dünyasını tanımaq gələcəkdə qarşılaşa biləcəyiniz bir çox problemlərin qarşısını almaqda sizə kömək edə, ən əsası isə sizin ailə həyatına baxışınıza müsbət təsir göstərə bilər.

скачать dle 12.1

Şərhlər