SON DƏQİQƏ
» » Azaraq düşmən tərəfə keçən əsgərin vurulması... - Səfir

Azaraq düşmən tərəfə keçən əsgərin vurulması... - Səfir

Tarix:

26-09-2019, 14:09

/ 2 046 dəfə oxundu.
Azaraq düşmən tərəfə keçən əsgərin vurulması... - Səfir

Cəbhəboyu zonada Azərbaycan hərbçisinin yolunu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulmasını çox böyük üzüntü ilə qarşıladıq. Bu, qarşıdakı düşmənin rəhmsizliyini göstərir.

Bunu APA-ya Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral deyib.

“Bir daha belə hadisələrin təkrarlanmamasını istəyirik. Bunun üçün isə Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həll olunması vacibdir. Şəhid olan əsgərimizə Allahdan rəhmət diləyirəm, ailəsinə isə başsağlığı verirəm”, - deyə səfir vurğulayıb.

Qeyd edək ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.

скачать dle 12.1

Şərhlər